Keşlədə dəmiryol qəzası — Bakı ilə Keşlə arasındakı dəmiryol qəzası."İki tren çarpıştı, 29 kişi öldü", "Cumhuriyyet" qəzeti, Türkiyə, 1930-cu illər.
1930-cu illərdə Bakı ilə Keşlə arasında gecə iki qatar toqquşmuşdur. Qəza zamanı 2 qatar, 5-6 yük və sərnişin vaqonu yararsız hala düşmüşdür. Hadisə zamanı sərnişinlərdən 29-u ölmüş, 69-u isə ağır yaralanmışdır.
Qəzaya Keşlə stansiyası işçilərinin səbəb olduğu aydınlaşdırılmışdır. Bu səbəbdən stansiyanın növbətçisi və 6 işçisi tutulmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycanda dəmiryolu hadisələri