Daniyel Qabriel Farenheyt () — alman fiziki.
1724-cü ildə London Kral Cәmiyyәtinin üzvü olub. Əslən tacir ailəsindəndir. Fizikanı Almaniyada, Britaniyada və Niderlandda öyrənmişdir. Suyun qaynama temperatorunun atmosfer təzyiqindən və duzların miqdarından asılılığını tədqiq etmiş, suyun ifrat soyuma hadisəsini aşkar etmişdir. Dəqiq ölçü cihazları: spirt (1709) və civә (1714) termometrləri, areometr, gipsotermometr, altimetr və s. önəmli cihazlarını hazırlamışdır.
İstinadlar
Kateqoriya:Almaniya fizikləri Kateqoriya:Almaniya ixtiraçıları Kateqoriya:Almaniya kimyaçıları