Oyanış: Böyük Səlcuqlu () — 28 sentyabr 2020-ci il tarixində başlayan və 2021-ci ildə bitən tarixi türk serialı. Serial Sultan Məlikşahın dövründə Böyük Səlcuqlu İmperiyasından və Sultan Məlikşah ilə Məlik (Şahzadə) Səncərin həyatından bəhs edir. Serial «TRT 1» kanalında yayınlanmışdır. Serial 2021-ci ildə 34-cü final bölümü ilə bitmişdir. Serialın bitməsindən sonra 2021–2023-cü illərdə həmin kanalda «Alparslan: Böyük Səlcuqlu» serialı yayınlanmışdır. «Alparslan: Böyük Səlcuqlu» serialı «Oyanış...»-ın davamı kimi ekranlarda yayınlansa da, hadisələr etibarilə daha əvvəli – Məlikşahın atası Məhəmməd Alp Arslanın şahzadəlik və hakimiyyət illərini təqdim edirdi.
«Oyanış: Böyük Səlcuqlu» serialı «Xəzər TV» telekanalı tərəfindən Azərbaycan dilində dublyaj edilərək həmin kanalda Azərbaycan Respublikası ərazisində efirdə olmuşdur. Adını dəyişdirməsi Serial "Nizamı-Aləm" () adı ilə yayımlanmalı idi. Lakin prodüserlər serialın adını dəyişdirib "Oyanış: Böyük Səlcuqlu" etdilər.
Aktyorlar və obrazlar
Buğra Gülsoy — Sultan Məlik Şah
Xədicə Şendil — Türkan xatun Gürkan Uyğun — Həsən Sabbah Bülənd Alqış — Ömər Xəyyam İlkər Kızmaz — Arslantaş Alp Ekin Qoç — Məlik Əhməd Səncər Mehmet Özgür — Nizamülmülk
və digərləri.
İstinadlar
Kateqoriya:2020-ci ildə başlayan Türkiyə teleserialları Kateqoriya:Türk dilində teleseriallar Kateqoriya:Tarixi teleseriallar