Atababa Musaxanlı () – ilk ədəbi tənqidçilərimizdən və "Kitabi – Dədə Qorqud"un ilk tədqiqatçılarından biri. 1934-cü ildən AYB-nın üzvü.
Həyatı Atababa Daşdəmir oğlu 1905-ci ildə Bakı şəhərində anadan olmuşdu. İbtidai təhsilini rus –tatar məktəbində alıb. Sovet hakimiyyəti qurulandan sonra şəhər orta məktəbini bitirib. 1921–1924-cü illərdə Ali Pedoqoji İnstitutun dil və ədəbiyyat şöbəsini fərqlənmə diplomu ilə bitirib. Sonradan Bakı Pedoqoji Texnikumunda dil və ədəbiyyat müəllimi kimi çalışıb. 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinə daxil olur. Orta və Ali məktəblər üçün proqram və dərsliklər hazırlayıb. 17 dekabr 1937-ci ildə tutulub. 31 dekabr 1937-ci ildə güllələnməyə məhkum olub.
Sonradan güllələnmə sürgün cəzası ilə əvəz olunub. 1941-ci il avqustun 14-də cəza tədbirləri dövründə həlak olmuşdur.
Məqalələri Şaiq Ədəbiyyat tarixində Sabir Aran köçü və müəllifi (H. K. Sanılıya) Mirzə Fətəlinin ictimai, tərbiyəvi mübarizələri Azərbaycan ədəbiyyatının inkişafı və xüsusiyyətləri Böyük ustad (M. Qorkinin ölümünə)
İstinadlar
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ-də repressiya qurbanları