thumb|Hipparx Harmodininin bacısını camaat arasında təhqir edir Hipparx (; ) — eramızdan əvvəl 527-ci ildən başlayaraq böyük qardaşı Hippias ilə birlikdə Afina tiranı. O, Pisistratın ikinci oğlu idi, anasının adı Koysira idi.

Ənənəyə görə, o, yüngülxasiyyətlik, tez-tez aşiq olma və şairlər (xüsusən Anakreon və Simonidə) və "muzalara" himayəçiliyi ilə məşhur idi. Fukididə görə, Hipparx şiddətə meyilli deyildi və hər hansı bir narazılığın qarşısını almağa çalışırdı, bunun nəticəsi kimi onun hökmdarlıq dövrü əhali tərəfindən yaxşı qarşılanmırdı və əziyyətli keçirdi. Yüngülxasiyyətliyi onun ölümünə səbəb oldu, çünki o, Harmodini əldə etməyə cəhd göstərdi, amma imitna alandan sonra onun bacısı və özünü təhqir etdi (sonrakı hekayələrə görə, o, Harmodinin bacısına Panafiney bayramının təntənəli nümayişində iştirak etməyə qoymadı və eyni zamanda Harmodini qorxaq adlandırdı). Nəticədə, Harmodi və Aristogiton əlbir olub Hipparxı qətlə yetirdilər. left|thumb|Hipparxın qətli Afinalı Sokratın qızı Fiya ilə evlənmişdir.

Xarici keçidlər Hipparxın qeydləri demonax.info saytında.

Kateqoriya:Afina tiranları Kateqoriya:Öldürülmüş hökmdarlar