Hacıyev Mahir Həmzə oğlu () — Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, (20 oktyabr 2017-ci ildən) və Ümumdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri (2010-cu ildən-hal-hazırda). Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent.

Həyatı Hacıyev Mahir Həmzə oğlu 1969-cu il, fevralın 25-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976–1986-cı illərdə Gəncə şəhəri 4 saylı orta məktəbdə təhsil alıb. 1986–1993-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının zoomühəndislik fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1989-cu illərdə hərbi xidmətdə olmuş və sonra isə təhsilini davam etdirib.

1993-cü ildə AKTA-nın zoomühəndislik fakültəsini bitirərək Dövlət İmtahan Komissiyasının və Fakültə Elmi Şurasının qərarı əsasında aspiranturaya daxil olmağa tövsiyə alıb.

2003-cü ildə "Azəbaycanda sənaye üsulu ilə yumurta istehsalı elementlərinin təkmilləşdirilməsi." mövzusunda dissertasiya işini yerinə yetirmiş və kənd təsərrüfatı elmləri namizədi elmi adı almışdır.

2008-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin dosentidir.

Fəaliyyəti 1993–1996-cı illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunda əyani aspirantı 1996–2001-ci illərdə Gəncə Quşçuluq fabrikində zootexnik 2001–2004-cü illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitunun Quşçuluq laboratoriyasında kiçik və böyük elmi işçi 2002-ci ildən AKTA-nın müəllimi (assistent) 2005-ci ildən AKTA-nın baş müəllimi 2006–2011-ci ilin noyabrına kimi Baytarlıq təbabəti və zoobaytarliq fakültəsinin dekan müavini 2008-ci ildən hal hazıra kimi Baytarlıq təbabəti və zoobaytarliq fakültəsinin dosenti 2010-cu ildən hal hazıra kimi Ümumdünya Quşçuluq Elmi Assosiasiyanın Azərbaycan bölməsinin sədri 2017-ci ildən hal hazıra kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı 1998-ci il, Bakı, Azərbaycan seleksiyaçılar cəmiyyətinin VII qurultayı 1999-cu il, 3–6 mart, Gəncə, ATİ Beynəlxalq elmi-texniki konfrans 2003-cü il, 24–26 oltyabr, Gəncə, Beynəlxalq Gəncə-Kars baytarlıq simpoziumu 2004-cü il, 6–7 may, Gəncə, Beynəlxalq elmi simpozium 2006-cı il, 5–6 avqust, Bakı, 1-ci Beynalxalq Elmi Konfrans"Biomüxtəlifliyin Genetik ehtiyatları" AMEAQEİ. 2006-cı il, 6–8 sentyabr, Gürcüstan, " South Caucasian Workshop on Concepts in Animal Welfare 2007-ci il, 20–25 sentyabr, Vitebsk, Belorusiya, Beynəlxalq elmi konfrans 2009-cu il 22sentyabr 2 oktyabr, Avstriya, Treninq kurs, (Advanced molekular diagnosis and characterization of influenza A (H5N1) and (H1N1)) 2012-ci il 06–11/02, Türkiyə, Erzurum, Atatürk Universiteti 2013-cü il 5–7/12, Türkiyə, Van, 100-il Universiteti 2013-cü il 21–25 oktyabr. Türkiyə, Antaliya, The International Congress on Advancements in Poultry Productions in The Middle East and African States held in Antalya, Turkey 2014-cü il 28–30/04 Türkiyə, İstanbul, İnternational VETistanbul Group Congress 2014 held in Istanbul University Faculty of Veterinary Medicine on 28–30 april 2014 in İstanbul, Turkey. 2018-ci il 23–27 April 1st Multi-stakeholder Regional Meeting on Strategic Planning for Sustainable Livestock Development_Uman, Ukraine

Elmi fəaliyyəti Hal-hazırda "Azərbaycan şəraitində quş və yumurta istehsalı üsullarının yaxşılaşdırılması yolları" adlı doktorluq dissertasiyası üzərində çalışır. Hazırkı dövrə qədər 149-dək elmi məqalənin, o cümlədən: 32-dən artıq metodik göstərişin və dərs proqramlarının, 1 dərsliyin, 1 dərs vəsaitinin, 2 ixtiranın, 11-tövsiyənin və elmi məqalələrin müəllifidir.

Elmi əsərlərinin adları 2006. "Использование на племя аборигенных кур", Журнал "Животноводство России" № 10, Москва 2006, стр.16–20 2009. Оптимизация микроклимата — залог высокой продуктивности Вестник Российского Государственного Аграрного заочного Университета Научный Журнал № 7(12); Москва 2009 стр.81–85 2010. "Использование хозяйственно полезных признаков местных популяций кур для производства яиц и мяса." Известия Аграрной науки; том 8, № 4; (Грузия) 2010 2010. "Повышение выхода и качества мяса птицы при различных системах выращивания". Научное обеспечение развития АПК в условиях реформирования сборник научных трудов. Санкт-Петербург 2010; стр.288–291 2012. Современное состояние и пути дальнейшего развития птицеводства Азербайджана "Актуальные проблемы современного птицеводства". Материалы XIII Украинской конференции по птицеводству с международным участием. Харьков, 2012, стр.95–107 2019. Qoyunlarda süni mayalanmanın aparılmasına dair., Metodik göstəriş, Gəncə, Aytac nəşriyyatı,2019.s.33 Влияние фосфорного удобрения на урожайность листьев тутового шелкопряда. 9th Bacsa international Conference "Sericulture preservation and revival- problems and prospects" "SERİVİVAL" 2019, Batumi, Georgiya Aprril 7th-12th 2019, s.92–96 2001. "Quşlar", Təhsil Nazirliyinin qrifi ilə dərslik 2014. Hind toyuğu cavanlarının bəslənmə texnologiyası və sanitar gigiyeniki rejiminə dair tövsiyə. Gəncə, Araz poliqrafiya nəşriyyatı 2014. s.82 2006. "Quşçuluqda hibridləşmənin genetik əsasları", Təhsil Nazirliyinin qrifi ilə dərs vəsaiti 2019. Qarışıq istiqamətli toyuqların bəslənmə texnologiyası. Gəncə, Aytac poliqrafiya nəşriyyatı 2019. s.120 2020. Heyvandarlıqda ruşeymin transplantasiyası texnologiyasının tətbiqi. Məqalə Aqroskop jurnalı, quraqlığın kənd təsərrüfatına təsiri buraxılış № 3, s.16–17

Digər fəaliyyəti 2000–2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının sədri vəzifəsində olmuşdur.

Ailəsi Ailəlidir, 3 övladı var.

İstinadlar http://agroinfo.az/page/master/188 http://www.wpsa.com/index.php/44-news-latest/news-branches/170-azerbaijan

Xarici keçidlər

http://xalqqazeti.com/az/news/49881 https://www.youtube.com/watch?v=AT0CJ9KR2jc https://www.agro.gov.az/az/news/heyvandarliq-elmi-tedqiqat-institutu-ile-tuerkiye-qars-qafqaz-universiteti-arasinda-memorandum-imzalanib https://www.agro.gov.az/az/news/heyvandarliq-elmi-tedqiqat-institutu-ve-fransa-sirketi-heyvandarliq-sahesinde-birge-tedqiqatlar-aparacaq https://aqreqator.az/az/iqtisadiyyat/833866