250px|thumb|right|Albert Batanye, "Qara ləkə", 1887-ci il. Müəllim dərsdə şagirdə xəritədə Fransa–Prussiya müharibəsi nəticəsində itirilmiş Elzas-Lotaringiyanı göstərir. Revanşizm ( fransız dilində ki, revanche sözündən götürülüb, intiqam, qisas, hayıf çıxma mənası verir.) — dövlətlərin, partiyaların və ya sosial qrupların uğradığı hərbi və siyasi məğlubiyyətlərin nəticələrini yenidən nəzərdən keçirərək intiqam almaq istəyi. Lakin neytral "revanş" ifadəsindən fərqli olaraq "revanşizm" anlayışı açıq mənfi məna (konotasiya) daşıyır və heç bir itirən tərəfə deyil, yalnız haqsız və təhrik olunmayan təcavüzün təşəbbüskarlarına tətbiq edilir.
İlk dəfə bu söz 1870-ci illərdə Fransada işlədilməyə başlanmış və 1871-ci ildə Fransa-Prussiya müharibəsindən sonra Almaniyaya verilmiş Elzas-Lotaringiya torpaqlarını geri qaytarmaq istəyini ifadə edirdi.
Revanşizm öz aqressiv hərəkətlərinin tamamilə inkarının və kiçildilməsinin etirafından başlayır. Beynəlxalq münasibətlərdə müharibə zamanı itirilmiş mövqeləri bərpa etmək üçün aldığı məğlubiyyətin qisası bəhanəsi ilə yeni bir müharibənin hazırlanmasına dair daha çox çağırış ola bilər. Bu tələblərə itirilmiş ərazilərin qaytarılması, siyasi mövqe və təsir, müharibədən əvvəl dövlətlərarası münasibətlər sistemi və s. daxildir.
Məhdudlaşdırıcı amillər olmadıqda, sözlərdən, şüarlardan və çağırışlardan sadə bir qisas alma arzusu çox vaxt ideologiyaya çevrilir və dövlət siyasətinin əsaslarından birinə çevrilir (məsələn, Birinci Dünya müharibəsindən sonra Almaniyada baş verən hadisələrMartin Kitchen. The Cambridge Illustrated History of Germany:-Cambridge University Press 1996 ISBN 0-521-45341-0.).
Tarixi və nümunələr Fransa 300px|thumb|right|1917-ci ilə aid Fransa təbliğat afişasında, Prussiya ətraf ərazilərə caynağını uzadan dəniz fili kimi təsvir edilmişdir. XVIII əsrin məşhur sitatı ilə belə izah olunur: "Hələ 1788-ci ildə Onere Mirabo müharibənin Prussiyanın Milli Sənayesi olduğunu söyləyirdi." Revanşizm termininin meydana gəlməsi və yayılması tarixi 1870-ci illərdən Fransada başlayır. Fransa revanşizmi, xüsusən Fransa–Prussiya müharibəsindəki məğlubiyyətdən sonra Elzas-Lotaringiyanın itirilməsi səbəbi ilə Almaniyaya qarşı dərin bir acı, nifrət və intiqam tələbi hissi idi.Karine Varley, "The Taboos of Defeat: Unmentionable Memories of the Franco-Prussian War in France, 1870–1914." in Jenny Macleod, ed., Defeat and Memory: Cultural Histories of Military Defeat in the Modern Era (Palgrave Macmillan, 2008) pp. 62–80.Karine Varley, Under the Shadow of Defeat: The War of 1870–71 in French Memory (2008) Revanşizm tələbləri cəmiyyətin bütün sahələrində təbliğ edilirdi. Xüsusən məğlubiyyətlə alçaldılmanı vurğulayan rəsm əsərləri Fransada geniş yayılmışdı. Onlardan Alfons de Nevilin tərəfindən çəkilən rəsm əsərlərinə böyük tələbat yarandı.
Radikal respublikaçıların nümayəndəsi olan Jorj Klemanso Respublikanı Elzas-Lotaringiyanın itirilməsini unutdurmaq və onu qaytarmaq hədəflərindən yayındıracaq Afrikada yeni ərazilərin tutulması ilə kompensasiya edilməsinə qarşı çıxırdı. Jul Ferri hökuməti 1880-ci illərin əvvəllərində bir sıra koloniyaları tutduqdan sonra, Klemanso 1889-cu ildə respublikanı devirəcəyini düşünən general Revanche ləqəbli məşhur şəxsiyyət Ceorci Ernest Bulanjeyə dəstək verirdi. Bu ultranationalist ənənə 1921-ci ilə qədər Fransız siyasətini təsir altına saxlamışdı. Fransanın böyük çətinliklə də olsa, Rusiya imperiyası ilə müttəfiqliyə getməsinin əsas səbəblərindən biri bu oldu. Nəticədə 1894-cü ildə Fransa-Rusiya ittifaqı yarandı. Sonradan Böyük Britaniya imperiyasının onlara qoşulması ilə üç böyük müttəfiqdən ibarət Antanta meydana gəldi. Birinci Dünya müharibəsinin əsas gücləri sayılan Fransa, Böyük Britaniya və Rusiya ittifaqının yaranmasında əsas amillərdən biri revanşizm oldu.See W. Schivelbusch, The Culture of Defeat, p. 106 (Henry Holt and Co. 2001)
Fransa revanşizmi Birinci Dünya müharibəsinin bitməsindən sonra 1919-cu ildə Versal sülh müqaviləsinin bağlanmasında təsirini göstərmişdir. Versal müqaviləsi ilə Elzas-Lotaringiya Fransaya qaytarılmış və məğlub Almaniyadan böyük məbləğdə təzminat alınmışdır.Reinach, Joseph (1920). "Le rôle de l'impératrice Eugénie en septembre et octobre 1870". Revue d'Histoire du XIXe siècle – 1848 (in French). Société d'Histoire de la Révolution de 1848: 193. Müqavilənin bağlanma yeri də təsadüfən seçilməmişdi. 1871-ci ildə Versalda Almaniya İmperiyasının elan edildiyi güzgülü salonda imzalanmışdır.
Almaniya Almaniyada revanşist hərəkatı Birinci Dünya müharibəsindəki itkilərə cavab olaraq meydana gəlib inkişaf etdi. Revanşizm ideyası Almaniyada, Veymar Respublikası dövründə daha da güclənmişdi.В. Газин. Уроки веймарской истории Almanların Versal sülh müqaviləsi ilə ərazilərinin 10% -ni niyə itirməsinin izah edə bilən ideya "almanların nəyi vardısa, yenidən almanların olmalıdır" şüarı irəli sürülmüşdü. Revanşist hissləri, ərazi və siyasi genişlənmə ideyaları alman xalqının Hitlerə geniş dəstək verməsinin əsas səbəblərindən biri oldu və nəticədə yeni bir məğlubiyyət və yeni bir revanşizmin artmasına səbəb oldu. Almaniyada revanşist hərəkat Elzas-Lotaringiya, Polşa dəhlizi və Sudet vilayətinin yenidən birləşdirilməsini tələb edirdi (bax: Bohemya, Moraviya, Sileziya - Birinci Dünya müharibəsindən sonra parçalanana qədər Avstriya İmperiyası və Avstriya-Macarıstanın hissələri).
SSRİ-də İkinci Dünya müharibəsindən sonra "revanşizm" sözü ən çox Qərbi Almaniyadakı müəyyən dairələrin nasist Almaniyasının məğlubiyyətindən sonra Potsdam konfransının qərarı ilə Polşa, SSRİ və Çexoslovakiyaya verilmişПризрак реваншизма Almaniya ərazilərini geri qaytarmaq istəklərinə istinad edirdiА. Карельский. Против идеологии реваншизма , Вопросы литературы, № 7, 1963
AFR-də bir neçə onlarla revanşist təşkilat fəaliyyət göstərirdi, bunlardan ən böyüyü "Sürgün İttifaqı"Официальный сайт организации BdV (, qısaldılmış BdV), (1957-ci ildən), "Alman Əsgərləri İttifaqı", "Vətənə qayıtmış şəxslər İttifaqı", "Keçmiş SS Hərbçilər İttifaqı”, “Polad Dəbilqə ” və başqaları mövcud idi. Oder-Neyse sərhədi AFR tərəfindən yalnız 1970-ci ildə tanındı. Sonra yalnız mövcud olduğu kimi və 1990-cı ildə yenidən nəzərdən keçirilməyən son olaraq qəbul edildi. 250px|thumb|right|Keçmiş Könisberq, hazırkı Kalininqrad vilayətinin xəritəsi. Artıq birləşmiş Almaniyada "Alman Xalq Birliyi" (, qısaldılmış DVU), "Könisberq Uğrunda Hərəkat", "Şərqi Prussiaya kömək üçün hərəkat", "Alman-Russiya ümumi hərəkat - Şimal-Şərq Prussiyaya dəstək" (qısaca."Prussiya hərəkatı"), "Şərqi Prussiya hərəkatı", "Şərqi Almaniya Birliyi" Kalininqrad vilayətinin - keçmiş Şərqi Prussiyanı geri qaytarmaq üçün yollar axtarır. 2000-ci ildə İkinci Dünya müharibəsindən sonra Polşaya verilən vaxtilə Sileziyada yaşamış almanların itirilmiş əmlaklarını geri qaytarmağın yollarını tapmağa çalışan "Prussiya etibat cəmiyyəti" () yaradılmışdı. Buna baxmayaraq, müasir Almaniyada sağ yönümlü partiyalar, Rusiya Federasiyası ilə münasibətlərin ciddi şəkildə pisləşməsindən qorxduqları üçün Şərqi Prussiyanın geri qaytarılması məsələsini fəal şəkildə müzakirə etmirlər.
Federal Bavariya əyalətinin, almanların Sudetdən çıxarılması ilə əlaqədar Çexiya respublikasına qarşı iddialarını da dayanmır. E.Beneş (o dövrdə Çexoslovakiya Prezidenti), 1945-ci ildə Almanların Sileziya və Cənub-Şərqi Avropadan qovulması ilə əlaqədar Potsdam Konfransının qərarı ilə 3 milyon Sudet aAlmanının qovulmasına və mülklərinin müsadirə edilməsinə icazə vermişdi. Məcburi mühacirlərin sığındığı Bavariya bu fərmanların ləğvinin Çexiya respublikasının Avropa Birliyinə qəbulu zamanı şərt kimi qoymuşdu. Bu səbəbdən Çexiya parlamenti xüsusi dekret vermişdi. Bununla belə Lissabon müqaviləsinin müddəalarına baxmayaraq, Sudetin alman icması hələ də 1919-cu ildən bəri Sudetlandın Çexoslovakiya tərəfindən “işğal olunduğunu”, heç bir zaman qanuni olaraq bu ölkəyə aid olmadığını və sürgündə olan almanların da humanitar fəlakətin qurbanları olduğunu açıq şəkildə elan etmişdir..
İtaliya Artıq 1946-cı ildə İtaliyada keçmiş diktator Benito Mussolininin tərəfdarları faşist yönümlü "İtalyan Sosial Hərəkatı" (, MSI) təşkilatını yaratdılar (1972-ci ildən - "İtalyan İctimai Hərəkatı - Milli Qanun" ( MSI-DN). Onlar güclü icra hakimiyyətinin dirçəlməsini və hökumətin sosial sahəyə təcavüzkar müdaxiləsini (Mussolini dövründə olduğu kimi) müdafiə edirdi. Partiya 1995-ci ildə buraxıldı, lakin eyni il "Milli İttifaq" adı altında yenidən bərpa edildi.
Seçkilərdə "Milli İttifaq" İtaliyanın keçmiş Səhiyyə Naziri Françesko Storasenin rəhbərlik etdiyi başqa bir revanşist İtalyan gənclər partiyası "Sağ Qüvvələr"lə fəal şəkildə əməkdaşlıq edir.
Rusiya 2014-cü ilin aprelində Krım yarımadasının Rusiya Federasiyası tərəfindən ilhaq edilməsi, Qərb və Ukrayna liderlərinin Rusiyanın separatçı Donbass bölgəsindəki etnik rusların separatçı hərəkətlərini dəstəklədiyinə dair ittihamları ilə birlikdə, Qərbin bir sıra tanınmış media qurumları tərəfindən Kremlin və Rusiya Prezidenti Vladimir Putinin revanşist siyasətinin sübutu kimi istinad edilmişdir.
Bəzi rus millətçiləri Alyaskanı geri qaytarılması lazım olan Rusiya ərazisi hesab edirlər. Alyaska 1867-ci ildə Rusiya tərəfindən ABŞ-yə qanuni olaraq satılmışdır.
Finlandiya Fin cəmiyyətində 1939-1940-cı illər 1939-1940 və 1941-1944 sovet-fin müharibələri nəticəsində Finlandiyanın itirdiyi ərazilərin qaytarılması ilə bağlı mübahisələr (əksər qeyri-rəsmi), əksər tarixçilərin və siyasətçilərin fikrincə Fin revanşizmi kimi xarakterizə edilə bilməz. Belə ki, 1939-cu ildə təcavüzkar tərəf SSRİ olduğundan və 1941-1944-cü illərdəki Sovet-fin müharibəsində Finlandiyanın mövqeyi bu təcavüzə birbaşa cavab hərəkəti idi..
Yaponiya right|thumb|250px|Mübahisəli cənubi Kuril adaları. 1948-ci ildə Yaponiya militarizmi mühakimə olundu, təşkilatçılar Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal tərəfindən məhkum edildi. Yaponiya təcavüzkar kimi tanındı və beynəlxalq hüquqa uyğun olaraq, bir sıra ərazilərdən məhrumetmə və silahlı qüvvələrə məhdud sahib olmaq hüququ daxilində cəzalandırıldı.
1954-cü ildə Yaponiya Özünümüdafiə Qüvvələrini yaradıldı, eyni zamanda revanşizm ideologiyası ölkənin ictimai şüuruna tətbiq etdi. İtirilmiş "şimal ərazilərinin" - Habomai arxipelaqı və cənub Kuril adaları - Kunaşir, İturup və Şikotanın qaytarılması üçün tələblərin təbliği başladı.
1968-ci ildə Yaponiya parlamenti Okinava və Şimali Bölgələr məsələləri üçün xüsusi komitələr yaratdı və Şimali Bölgələr üzrə nazir vəzifəsini təsis etdi. Milli Xəritəçəkmə Təşkilatı, Yaponiyanın ümumi ərazisinin hesablanmasına Habomai adaları qrupunu (Şikotan, Kunaşir və İturup daxil) daxil etmiş və müvafiq xəritələr buraxmağa başlamışdı. 1983-cü ildə Yaponiyada hər hansı bir yapona daimi yaşayış yeri olaraq Kunaşir, Şikotan, İturupu göstərmək və ya ailəsinin orada yaşamasından asılı olmayaraq rəsmi olaraq qeydiyyatdan keçmək hüququnu verən qanun qüvvəyə mindi..
Rusiyaya qarşı iddialara əlavə olaraq, Yaponiya Cənubi Koreyanın nəzarətində olan Liankur adalarının da geri qaytarılmasını tələb edir.
Polşa 1920-1930-cu illərdə Polşa Almaniya, Rusiya və Avstriya-Macarıstan imperiyaları tərəfindən işğal edilmiş etnik Polşa torpaqlarını geri almağa çalışırdı.
Polşa cənub istiqamətində irəliləmək, hətta Qara dənizdə Polşa varlığı xəyalları ilə yaşayan revanşist güclər var idi. Başqalarının revanşist iddialarının qurbanı olan Versal konfransının müəyyənləşdirdiyi sərhədləri də sabit görünmürdü. 1938-ci ildə Münhen konfransında Çexiya dövləti parçalandıqda, Polşa Teşçen bölgəsinin parçalanmasını tələb edərək Praqaya özünün ultimatumunu verdi. Çexiya hökuməti müqavimət göstərməkdə aciz qaldı.
Litva