"Public Enemy" (qısa olaraq "PE"; dilindən "Xalq düşməni") — Lonq Aylenddən olan ABŞ hip hop qrupu. Media tənqidləri, afroamerikalılar cəmiyyətinin problemlərinə aktiv maraq və mahnılarında siyasiləşdirilmiş mətnlər istifadə etmək ilə tanınır. Onlar ən çox, ilk dəfə Spayk Linin "Düzgün et!" () filmində səslənən "Fight the Power" adlı kompozisiyası ilə tanındılar.

Radikalizmi ilə seçilən It Takes a Nation of Millions to Hold Us Back adlı albomun çıxarılması ilə onlar hip hop mühitində avanqard proyekt kimi Run-D.M.C.-i ötdülər.Stephen Thomas Erlewine. N.W.A-nın erotik eskapizmindən fərqli olaraq, "Public Enemy"nin mətnləri kəskin sosial mövzulara həsr edilmiş və dinləyiciləri aktiv həyat mövqeyi tutmağa təşviq etmişdir. Həm musiqi, həm də siyasi cəhətdən "Public Enemy" inqilabi idi. 1990-cı illərdə aktivliyin kəskin azalmasına baxmayaraq, bir çox hip-hop bilicisi üçün "Public Enemy" rep qrupunun etalonu olaraq qalır.

Qrupun üzvləri

Chuck D (Karlton Duqlas Ridenauer). 1 Avqust 1960-cı ildə Nyu-Yorkda anadan olub. Flavor Flav (Uilyam Conatan Dreyton kiçik). 16 Mart 1959-cu ildə Nyu-Yorkda anadan olub. 2020-ci ilin yazında qrupdan çıxarıldı. Professor Griff (Riçard Qriffin). 1 Avqust 1960-cı ildə Nyu-Yorkda anadan olub. Terminator X (Norman Rocers). 25 Avqust 1966-cı ildə anadan olub. Komanda DJ-i.

Diskoqrafiya

1987 — Yo! Bum Rush the Show (Rolling Stone-un Bütün Zamanların 500 Ən Böyük Albomları siyahısında 489-cu yeri aldı) 1988 — It Takes a Nation of Millions to Hold Us Back (Rolling Stone-un Bütün Zamanların 500 Ən Böyük Albomları siyahısında 48-ci yeri aldı) 1990 — Fear of a Black Planet (Rolling Stone-un Bütün Zamanların 500 Ən Böyük Albomları siyahısında 296-cı yeri aldı) 1991 — Apocalypse 91… The Enemy Strikes Black 1992 — Greatest Misses 1994 — Muse Sick-n-Hour Mess Age 1998 — He Got Game 1999 — There’s a Poison Goin’ On… 2002 — Revolverlution 2005 — New Whirl Odor 2006 — Rebirth of a Nation 2007 — How You Sell Soul to a Soulless People Who Sold Their Soul??? 2012 — Most of My Heroes Still Don’t Appear On No Stamp 2012 — The Evil Empire Of Everything 2015 — Man Plans God Laughs 2017 — Nothing Is Quick in the Desert 2020 — What You Gonna Do When the Grid Goes Down?

İstinadlar

Kateqoriya:1982-ci ildə yaranan musiqi qrupları Kateqoriya:ABŞ-nin hip-hop qrupları Kateqoriya:Həyatı boyu müvəffəqiyətlərinə görə Qremmi mükafatı laureatları Kateqoriya:1985-ci ildə yaranan musiqi qrupları