Mehrəli bəy Sarıcalı-Cavanşir () — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu.

Həyatı Mehrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedərkən onu öz yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi.

Hakimiyyəti İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mehrəli xanla mübarizəyə başladı. Mehrəli xanı güclü Cavanşir, Otuziki və Kəbirli elləri dəstəkləyirdi. İbrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli ellərinə arxalanırdı.

Mehrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi. İbrahimxəlil ağanın təzyiqi altında Qarabağı tərk etdi.

Hakimiyyətdən sonra Mehrəli xan devriləndən sonra yenidən Kərim xan Zəndə müraciət etdi. Tarixçi Əhməd bəy Cavanşir yazır: "Mehrəli bəy Kərim xanın köməyinə pənah gətirdi. Kərim xanın Mehrəli bəyin xeyrinə olaraq ərdəbilli Hidayət xanın adına göndərdiyi sərəncam yerinə yetirilməmiş qaldı."Qarabağnamələr, II kitab, Bakı, "Yazıçı", 1989

Ölümü Mehrəli bəy 1785-ci ildə Şirvan xanı Ağası xan tərəfindən öldürüldü.

Ailəsi Xanımı: Əziz xanım

Oğulları: Məhəmmədqulu bəy (1762–1797) Əlihümbət bəy Əsədulla bəy Xankişi bəy Qızları: Xanxanım ağa

İstinadlar

Mənbə Vasif Quliyev. 525-ci qəzet.- 2022.- 25 oktyabr.- S.12–13.

Xarici keçidlər

Kateqoriya:Azərbaycan hökmdarları Kateqoriya:Cavanşirlər Kateqoriya:Hərbi liderlər Kateqoriya:1735-ci ildə doğulanlar Kateqoriya:1785-ci ildə vəfat edənlər Kateqoriya:Şamaxıda vəfat edənlər Kateqoriya:Qarabağ xanlığı Kateqoriya:XVIII əsr tarixi