Vətən Müharibəsi Qəhrəmanı — Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi ("Azərbaycanın Milli Qəhrəmanı" adı ilə birlikdə). Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir.
Tarixi və əsasnaməsi 20 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisində "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında qanun layihəsi irəli sürülmüş və Azərbaycan Respublikasının 26 noyabr 2020-ci il tarixli 205-VIQ nömrəli Qanunu ilə bu ad təsis olunmuşdur. Qanun Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2020-ci il tarixli Fərmanı ilə tətbiq edilmişdir.
"Vətən Müharibəsi Qəhrəmanı" adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.
Ad Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.
"Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxsə "Vətən Müharibəsi Qəhrəmanı" medalı və adın verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin aktı təqdim olunur.
"Vətən Müharibəsi Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir və bu adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edirlər.
"Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir. Təqaüdün məbləği 2200 manatdır.
Təltif edilənlər
"Vətən Müharibəsi Qəhrəmanı" adına azı 83 nəfər layiq görülmüşdür. Bu adı almış generallar aşağıdakılardır: Mehdiyev İlham İsmayıl oğlu Mirzəyev Hikmət İzzət oğlu İslamzadə Namiq Sərəfruz oğlu Məmmədov Zaur Sabir oğlu Seyidov Kənan Əlihüseyn oğlu
Həmçinin bax "Vətən Müharibəsi Qəhrəmanı" medalı Azərbaycanın Milli Qəhrəmanı
İstinadlar
Vətən Müharibəsi Qəhrəmanı Vətən Müharibəsi Qəhrəmanı Vətən Müharibəsi Qəhrəmanı Vətən Müharibəsi Qəhrəmanı Kateqoriya:Azərbaycanlıların siyahıları