Amil Avey(tam ad:Amil Yusif oğlu Məmmədov, ) — Azərbaycan şairi, yazıçısı və publisisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2009)
Həyatı Amil Avey 28 yanvar 1953-cü ildə Azərbaycanın Qazax rayonunun Qazaxbəyli kəndində anadan olmuşdur.Amil Avoğlu: “Həqiqətin bir üzü, mətbuatın isə dörd və daha çox üzü var” İbtidai təhsilini doğulduğu kənddə, orta təhsilini Qazax şəhər 1 saylı orta məktəbdə bitirmişdir (1970). Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin axşam bölməsini bitirmişdir (1980). Əmək fəaliyyətinə Sumqayıt Kimya Sənaye İstehsalat Birliyində fəhləliklə başlamışdır (1974). Bir müddət fəhlə yataqxanasında tərbiyəçi (1975-1978), N.Nərimanov adına mədəniyyət sarayında dərnək rəhbəri (1978-1979), “Kimyaçı” qəzetində müxbir (1980-1981), Azərbaycanfilm kinostudiyasında inzibatçı (1981-1982), “Müxbir” dərgisində redaktor (1982-1989), “Açıq söz” dərgisində redactor (1990-1991), “Türk dünyası” dərgisində məsul katib (1991-1992), “Azərbaycan dünyası” dərgisində baş redaktor (1992-1993) vəzifəsində çalışmışdır. Daha sonra “Müxalifət” qəzetində şöbə redaktoru işləmişdir. 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir. Ailəsi ilə birlikdə Almaniyaya müalicəyə getmiş və yaradıcılığını orda davam etdirmişdir.. Ölümü 2020-ci ilin noyabrın 23-də Almaniyada vəfat etmişdir.
Yaradıcılığı Amil Avey yaradıcılığa orta məktəbdə oxuduğu illərdə poeziya ilə başlamışdır. Daha çox folklor üslubunda yazıb yaratmışdır. Yaradıcılığa erkən başlasa da, uzun müddət əsərlərini kitab şəklində nəşr etdirməmişdir. Müəllifin poetik axtarışları “Gor andı” (2011), “Üzü Allaha tərəf” (2017) kitablarında toplanmışdır. Poeziya ilə yanaşı, publisistik fəaliyyətlə də ardıcıl məşğul olmuş, Azərbaycan mətbuatının inkişafına töhfə vermişdir. Onun çoxsaylı publisistik məqalələri “Azadlıq”, “Amerikanın səsi”, “BBC” kimi beynəlxalq radiostansiyalarda səsləndirilmişdir. Əsərlərini Amil Avey, Amil Avoğlu və başqa imzalarla nəşr etdirmişdir.
Kitabları
Azərbaycan tacirləri (Rafiq H. Əliyevlə). Bakı: “Səda” nəşriyyatı, 2002, 261 s. Müasir jurnalistikamızın problemləri (dərs vəsaiti). Bakı: 2003 Gor andı (şeirlər). Bakı: “Xatun Plyus” nəşriyyatı, 2011, 211 s. Üzü Allaha tərəf. Bakı: “Elm və təhsil” nəşriyyatı, 2017, 210 s.
İstinadlar
Xarici keçidlər Unudulan Bağanıs-Ayrım yarası