Hüseynova Xuraman Qələndər qızı () — Azərbaycanlı müğənni "Çox şanslı bir xanımam" [Mətn]: Xuraman Şuşalı: "Həm xına aparıcılığı, həm müğənnilik edən, həm də sırf özünün dekor şirkəti olan müğənni mənəm" /X. Şuşalı; müsahibəni apardı: K. Oruc. Üç nöqtə.- 2020.- 1 fevral.- S.12.

Həyatı Hüseynova Xuraman Qələndər qızı 1983-cü ildə Şuşa şəhərində anadan olub. İlk təhsilini 1988–92-ci illərdə Şuşa şəhəri 4 saylı orta məktəbdə alıb. Həmin ildə Şuşa şəhər Niyazi adına musiqi məkəbinə (Solo ifaçılıq sinfinə) daxil olub. 1992-ci ildə Şuşa şəhərinin işğal olunması ilə əlaqədar ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Təhsilini 1993–1999-cu illərdə Respublika İncəsənət Gimnaziyasında davam etdirib. Gimnaziyada təhsil aldığı illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının solisti olub.

Həmin illərdə Dövlət Televiziyası və İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə səhnələşdirilmiş Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasında "Telli" (rej. Tofiq Tağızadə), Nizami Gəncəvinin "Xeyir və Şər" operasında Şahzadə (bəstəkar Oqtay Rəcəbov), S. Vurğunun "Fərhad və Şirin" (poeması əsasında) tamaşasında "Şirin" (rej. Məmmədkamal Kazımov), Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasında "Minnət xanım", S. Rüstəmin "Qaçaq Nəbi" poemasında "Həcər" və s. tamaşalarda müxtəlif obrazlar yaratmışdır. Nizami Gəncəvinin "Xeyir və Şər" operasında oynadığı Şahzadə, "Arşın mal alan" operettasında ifa etdiyi Telli (rej. Tofiq Tağızadə) obrazları Dövlət Televiziyasının qızıl fonduna daxil edilib. 1998, 1999, 2000-ci illərdə UNİCEF və Dövlət televiziyasının birgə təşkil etdiyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramlarında Ulu Öndər Heydər Əliyevin qarşısında "Heydər Babamız" mahnısı ilə çıxış etmişdir.

Ailəlidir 2 oğlu 2 qızı var.

Yaradıcılığı 1997-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin ümummillli lider Heydər Əliyevə həsr olunmuş musiqi musabiqəsində "Heydər Babamız" mahnısı ilə 1-ci yerə layiq görülüb.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının üzvüdür.

2000–2004-cü illərdə Azərbaycan Milli Konservatoriyasının Musiqişünaslıq fakültəsinin Xanəndəlik ixtisasını bitirib. Təhsil illərində Tükəzban İsmayılova, Mələkxanım Əyyubova, İslam Rzayev, Teymur Əmrah və bir çox tanınmış sənətkarlardan dərs alıb.

2002–2004-cü illərdə bəstəkar Vaqif Gərayzadənin yaratdığı "W-Trio" qrupunda fəaliyyət göstərib. 2004-cü ildən solo fəaliyyətə başlayıb.

2004–2008-ci illərdə Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbində xanəndəlik ixtisası üzrə müəllim işləyib.

2005-ci ildə "Səbuhi" studiyasında "Ola bilməz" adlı albomu işıq üzü görüb. Albomda 11 mahnı yer alıb. "Farsi", "İnnabı", "Ola bilməz", "Daha yoxsan" (bəstəkar Gövhər Həsənzadə) "Yenə mən" mahnıları ilə böyük tamaşaçı auditoriyası toplaya bilib.

2006–2013-cü illərdə "İnnabı" (xalq mahnısı), "Sənsiz nəyimə gərək" (söz: Baba Vəziroğlu, mus: Kamal) "Bezmişəm", "Мне пора", "Farsi", Yenə mən" adlı mahnılarına çəkilən kliplərini təqdim edib.

2012-ci ildə "Narkomaniyaya yox deyək" aksiyasına dəstək olaraq solo konserti baş tutub.

2012-ci ildə Yeni Azərbaycan Partiyasının dəstəyi ilə "Azərbaycan" adlı mahnısına klip çəkilib və təqdimatı keçirilmişdir. Həmçinin bir çox islah-əmək müəssisələrində və uşaq evlərində təşkil olunan konsertlərdə çıxış etmişdir. 2009-cu ildə "X-Stra prodakşn" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdir. 2013-cü ildən "Xuraman Şuşalı" xına evinin təsisçisidir.

2013-cü ildən "Xuraman Şuşalı" xına evinin təsisçisidir.

2020–2022-ci illərdə "Qayıdıram Şuşa", "Azərbaycan", "Vaxt gələr", "Adam olmaz" adlı mahnılarına çəkilən kliplərini təqdim edib. Həmin illərdə mətbuat şurasının təşkilatçılığı ilə Tərtər, Yevlax, Ağdam, Füzuli və digər döyüş bölgələrində yerləşən hərbi hissələrdə konsert proqramları ilə çıxış edib.

Diskoqrafiya

Mahnılar Farsi Innabı Ola bilməz Daha yoxsan Yenə mən Azərbaycan

Albomlar Ola bilməz (2005)

Kliplər Innabi Sənsiz nəyimə gərək Bezmişəm Мне пора Farsi Yenə mən Qayıdıram Şuşa Azərbaycan Vaxt gələr Adam olmaz

Solo konserti Narkomaniyaya yox deyək

Filmoqrafiya "Hind yuxusu" bədii filmi. Komediya. (aktrisa, Hind qızı, Baş rol) (rej: Mirsadiq Ağazadə)

Xarici keçidlər

"Narkomaniyaya YOX deyək" Xuraman Şuşalı və ailəsi (Fotolar) Xuraman Şuşalı: `AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir` Xuraman Şuşalı Və Ailəsi İlk Dəfə Televiziyada | Bu Ana Kimi — Xəzər media Evdəkilərə Salam — Xuraman Şuşalı 22.12.2019 — Xəzər media Bunun depressiyasından çıxmaq üçün psixoloqa da getmişəm — Xuraman Şuşalı — 7 Canlı — ATV Hicabdan qabaq hər günüm 500 manat idi — Xuraman Şuşalı — Hüseynova bacıları — ARB TV Xuraman Şuşalının həyatı və sənətı haqqında (Şou ATV) Xuraman Şuşalı və Aynur Dadaşova mahnı oxuyub, dolma bükdülər — Söhbət Var — ARB TV "Xınaların Şəhzadəsiyəm!" Xuraman Şuşalı iddialı danışdı — Kepez TV Xuraman Şuşalı ağır yol qəzası keçirdi — Həmin Zaur — ARB Əvvəlki şəkillərimin silinməyini istəyərdim — Xuraman Şuşalı — Həmin Zaur — ARB TV Müğənnilərdə birlik olsaydı Xatirənin təklifi reallaşardı — Xuraman Şuşalı — Xəbər-Ətər — ARB TV

Zaur Kamal Xuraman Şuşalı və Əlikram Bayramovu mahnılarla sınağa çəkdi — Həmin Zaur — ARB TV "Həyat yoldaşım bilir ki, mən ağlı başında insanam" — Xuraman Şuşalı — Ulduz ARB Xuraman Şuşalı (16.02.2022) — Dördün Ağı — Komedi TV Xuraman Şuşalı Elnarə ilə olan dostluğundan danışdı — Hüseynova bacıları — ARB TV Xuraman Şuşalı Afrikada kəsdirdiyi qurban haqqqnda danışdı (BizimləSən) — ATV Mənim Süfrəm — Xuraman Şuşalı 26.08.20 Çərçivəsizin yeni qonağı Xuraman Şuşalı — El Yaradıcılığı Mərkəzi 10-da Gorushek Tofiq Haciyev, Xuraman Susali 03.04.2021 (Part 2) — MTV Azərbaycan Xuraman Şuşalı rəqiblərindən söz açdı — MTV Azərbaycan Bağ Havası — Xuraman Şuşalı, Fəxriyyə Xələfova, Ehtiram Hüseynov, Flora Kərimova 20.11.2021 — Xəzər Media Anam yuxuda deyib ki, mənim payımı niyə gətirmirsiz? — Xuraman Şuşalı — Elgizlə İzlə — ARB TV Mənim Süfrəm — Xuraman Şuşalı 26.08.20 — ATV İş media

İstinadlar