Varujan Karapetyan (; ) — erməni terrorçu, ASALA təşkilatının üzvü.
Həyatı Varujan Karapetyan 1954-cü ildə Suriyanın Qamışlı şəhərində erməni ailəsində dünyaya gəlmişdir.1983-cü ilin 15 iyul tarixində Parisin Orli hava limanında yerləşən Türk Hava Yollarının kassasında təşkil etdiyi bomba partlayışına görə Fransa polisi tərəfindən həbs edilmiş və bombanı yerləşdirdiyini boynuna almışdır.. Terror aktı nəticəsində 4-ü fransız, 2-si türk, 1-i amerikalı və 1-i isveçli olmaqla, 8 nəfər həlak olmuş və 61 nəfər yaralanmışdırRFE/RL: "Armenian premier meets with released ASALA member" (May 7, 2001)
Fransanın Kretey şəhərində keçirilən məhkəmədə Karapetyan bombanı yerləşdirdiyi haqda daha öncə etdiyi etirafı rədd etmişdir. Buna baxmayaraq, məhkəmə onun terror əməlini törətməsini müəyyən etmiş və 1985-ci ilin 3 mart tarixində haqqında ömürlük həbs hökmü qərarı çıxarmışdırUnited Press International, Foreign News Briefs, March 4, 1985. 17 il həbsxanada keçirən Karapetyan 2001-ci ildə, həbsxanadan Ermənistana sürgün edilməsi şərti ilə, Fransa dövləti tərəfindən azadlığa buraxılmışdır.Agence France Presse, April 24, 2001. Armenian terrorist freed and deported from France
2001-də Fransadan köçən Karapetyan Ermənistanda ən yüksək səviyyədə — ölkənin baş naziri Andranik Markaryan tərəfindən qarşılanmışdır. İrəvanın bələdiyyə başçısı Robert Nazaryan isə Karapetyanın iş və evlə təmin ediləcəyinə söz vermişdir
Ermənistana gəldikdən sonra Dilican şəhərində yaşayan Karapetyan sərnişindaşıma sahəsində çalışan şirkətin sahibi olmuşdur.
Karapetyan Orli hava limanında həyata keçirdiyi terror aktı barədə bunları demişdir:
Həmçinin bax Erməni terrorizmi Orli hava limanında terror aktı
İstinadlar
Kateqoriya:Terrorçular Kateqoriya:Erməni terrorizmi