Şakuntala Devi ( ) – hind yazıçı və xalq arasında "İnsan Kompüteri" kimi tanınan zehni hesablayıcı. Devi tələbələr üçün ədədi hesablamaları sadələşdirməyə səy göstərirdi. İstedadı ona Ginnesin Rekordlar Kitabının 1982-ci il buraxılışında yer qazandırdı. Halbuki, rekordu 1980-ci il 18 iyunda qırmasına baxmayaraq, rekordun sertfikatı ölümündən sonra, 30 iyul 2020-ci ildə verildi. Uşaq ikən Devi qabiliyyəti ilə erkən yaşlarında yaşıdlarından fərqlənirdi və heç bir rəsmi təhsili olmadan altı yaşında Mayzor Universitetində hesablama qabiliyyətlərini göstərdi.

Devi sonrakı illərdə roman, riyaziyyat, tapmacalar və astrologiya haqqında mətnlər də daxil olmaqla bir sıra kitablar yazdı. O, "Homoseksuallar Dünyası" adlı kitab yazdı, hansı ki, Hindistanda homoseksualllıqla əlaqəli ilk əsər hesab edilir.: "The first academic book on Indian homosexuals appeared in 1977 (The World of Homosexuals) written by Shakuntala Devi, the mathematics wiz kid who was internationally known as the human computer. This book saw homosexuality in a positive light and reviewed the socio-cultural and legal situation of homosexuality in India and contrasted that with the gay liberation movement then taking place in the USA." Homoseksuallığı müsbət perspektivdən nəzər yetirdi və o bu sahədə pioner hesab edilir. Erkən həyatı Şakuntala Devi Karnataka ştatının Banqlor şəhərində Kannada Brahman ailəsində anadan olub. Atası Sundararaja Rao sirkdə trapeziya sənətçisi, aslan təlimçisi, kəndirbaz və sehrbaz işləmişdir. Devi təxminən üç yaşında ikən atası ona kart fəndi öyrədərkən onun rəqəmləri əzbərləmək qabiliyyətini kəşf etdi. Atası sirkdən ayrıldı və Devinin hesablama qabiliyyətini göstərəcəyi küçə nümayişlərinə apardı. O, hesablamaları heç bir rəsmi təhsili olmadan yerinə yetirirdi. Altı yaşında Mayzor Universitetində hesablama qabiliyyətlərini nümayiş etdirdi.

1944-cü ildə Devi atası ilə birlikdə Londona köçdü.

Zehni hesablamalar Devi hesab qabiliyyətlərini nümayiş etdirmək üçün dünyanın bir sıra ölkələrinə səyahət etdi. 1950-ci il boyunca Avropa turunda və 1976-cı ildə isə Nyu-Yorkda olmuşdur. 1988-ci ildə qabiliyyətlərinin Berkli Kaliforniya Universitetinin təhsil psixologiyası professoru Artur Censen tərəfindən öyrənilməsi üçün ABŞ-a getdi. Censen çox sayda hesablama da daxil olmaqla bir neçə tapşırıqla onun performansını sınadı. Deviyə təqdim olunan problemlərin nümunələri arasında 61.629.875 ədədinin kub kökünün və 170.859.375 ədədinin yeddinci kökünün hesablanması vardı. Censen Devinin yuxarıda göstərilən problemlərin həllini (müvafiq olaraq 395 və 15) Censen onları dəftərinə köçürmədən əvvəl tapdığını qeyd etdi. Censen 1990-cı ildə "Intelligence" akademik jurnalında tapıntılarını yayımladı.Note that there are easy tricks for getting odd-numbered roots when the root is an integer. See "Tricks of Lightning Calculators", in Mathematical Carnival, by Martin Gardner, Knoff, 1975 and other sources.

1977-ci ildə Cənubi Metodist Universitetində 201 rəqəmli ədədin 23-cü kökünü 50 saniyədə tapdı. Onun cavabı, 546.372.891, ABŞ Standartlar Bürosunda bunun kimi böyük hesablamaların aparılması üçün xüsusi proqramdan istifadə edən UNIVAC 1101 kompüteri tərfindən təsdiqləndi. Kompüterin cavabı tapması Devinin cavabı tapmasından daha çox vaxt aldı.

1980-ci ilin 18 iyun tarixində iki 13 rəqəmli ədədin hasilini tapdı – 7.686.369.774.870 × 2.465.099.745.779. Bu ədədlər London İmperial Kollecinin Hesablama Departamenti tərəfindən təsadüfi seçilmişdi. O, 28 saniyədə düzgün cavabı (18.947.668.177.995.426.462.773.730) dedi. Bu hadisə 1982-ci ildə Ginnesin Rekordlar Kitabına düşdü.

Şakuntala Devi zehni hesablamalar aparmaq üçün istifadə etdiyi bir çox üsulu "Figuring: The Joy of Numbers" adlı kitabında izah etmişdir, hansl ki, bu kitab hələ də nəşr olunur.

Şəxsi həyatı Devi 1960-cı ilin ortalarında Hindistana qayıtdı və Hindistan İdarəetmə Xidmətinin Kəlkətə zabiti Paritoş Banerji ilə evləndi. 1979-cu ildə şəxsi problemləri səbəbiundən boşandılar.

1980-ci ildə Lok Sabha seçkilərində Mumbay Cənubi və Andhra Pradeşdə Medak üçün müstəqil namizədliyini verdi. O, "Medak xalqını Xanım Qandi tərəfindən aldadılmaqdan müdafiə etmək" istədiyini söyləyərək, keçmiş baş nazir İndira Qandiyə qarşı yarışdı: 6.514 səslə (səslərin 1.47 %) ilə 9-cu oldu. Devi 1980-ci ilin əvvəllərində Banqalora qayıtdı.

Zehni hesablayıcı kimi fəaliyyətindən əlavə, Devi görkəmli astroloq və yemək kitabları və romanlar da daxil olmaqla bir neçə kitabın müəllifi idi.

Ölümü və irsi 2013-cü ilin aprelində Devi tənəffüs problemi səbəbindən Banqalordaki bir xəstəxanaya yerləştirildi. Növbəti iki həftə ərzində ürək və böyrək ağırlaşmalarından əziyyət çəkdi. 2013-cü ilin 21 aprel tarixində 83 yaşında vəfat etdi. Onun Anupama Banerji adında bir qızı var. Qızı, Ajay Abhaya Kumarla evlidir, iki qızı var və Londonda yaşayır.

Google Doodle 4 noyabr 2013-cü ildə, Devinin 84-cü doğum günü tarixində, xatirəsinə loqo paylaşdı.TNN (4 November 2013) "Shakuntala Devi's 84th birthday celebrated with a doodle" . The Times of India. Retrieved on 4 November 2013.

Haqqında Şakuntala Devi adlı film çəkildi. Film 31 iyul 2020-ci ildə ilk dəfə yayımlandı.

İstinadlar

Xarici keçidlər Chips no match to grey cells: Shakuntala Devi Times of India Interview with Know Your Star

Kateqoriya:Zehni hesablayıcılar