Kamran Quliyev (d. 3 oktyabr 1990, Tiflis, Gürcüstan SSR) — azərbaycanlı televiziya və radio aparıcısı, "Eurovision-2015"in ən gənc şərhçisi.
Həyatı Kamran Nəriman oğlu Quliyev 3 oktyabr 1990-cı ildə Tbilisi şəhərində dünyaya göz açıb. Evlidir.
Təhsili Bakı şəhər 246 saylı orta məktəbdə (1995-2006) təhsil alıb. Bakalavr təhsilini (2008-2012) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almışdır. Ukraynanın ən böyük özəl təhsil müəssisələrindən biri hesab edilən Avropa Universitetində isə (2015-2016) magistr dərəcəsini qazanmışdır.
Fəaliyyəti 2009-cu ildə Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkətində aparıcı kimi fəaliyyətə başlamışdır.
2017-2019-cu illərdə Bakı Biznes Universitetinin Mədəniyyət Mərkəzinin direktoru vəzifəsində çalışmışdır. Hal-hazırda (2017-ci ildən) AY Media Group MMC-nin rəhbəridir.
İstinadlar
Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azərbaycan radio aparıcıları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları