Mehmet bəy Dilmaçoğlu () — Dilmaçoğulları bəyliyinin qurucusu olan türk hərbi komandanı.

Həyatı Əsl adı Alp Tigin Mehmet bəydir. 1069-cu ildən etibarən Bizans hakimiyyətindəki Anadolu torpaqlarına təşkil edilən hücumlarda iştirak edən komandanlardan olmuşdur. Sultan Alp Arslanın xidmətində olan Dilmaçoğlu Mehmet bəy 1071-ci ildə yaşanan Malazgird döyüşündə iştirak etmişdir. Döyüşdən sonra Qızılırmaq çayına qədər olan Anadolu torpaqlarına hücumlarda iştirak etmişdir.

1076-cı ildə Hələb əmirliyi üçün Sabık və Vəssab arasındakı mübarizədə Əmir Sabıkı dəstəkləyərək Vəssabın məğlubiyyətə uğradılmasını təmin etdi. Anadoluya gəldikdən sonra I Süleyman şahın tabeliyində olmaq istəməyərək Suriya Səlcuqlularının məliki I Tutuşun himayəsinə girdi. Ancaq Tutuşun türk bəylərindən olan Atsız bəyi öldürməsinə görə 1079-cu ildə də onun xidmətindən ayrıldı.

Səlcuqlu sultanı Məlikşah tərəfindən xidmətə alınan vəzir Fəxrüddövlə Məhəmmədin Mərvanilər üzərinə təşkil etdiyi səfərdə iştirak etmişdir. 1085-ci ilin may ayında Bitlisin ələ keçirilməsindən sonra şəhərin özünə iqta olaraq verilməsindən sonra da burada öz adı ilə qurulan bəyliyin təməllərini atmışdır.

1104-cü ildə vəfat etdikdən sonra yerinə oğlu Toğan Arslan keçmişdir.

Həmçinin bax Dilmaçoğulları bəyliyi

İstinadlar

Kateqoriya:Anadolu türkləri