Vüsal Eynulla oğlu Sultanov (Şabran rayonu, Azərbaycan SSR) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Dövlət Sərhəd Xidməti Qubadlı Əlahiddə Sərhəd Divizyasının komandiri, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.

Həyatı Vüsal Sultanov Şabran rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin general-mayorudur. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 24 dekabr 2020-ci ildə isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Vüsal Sultanov Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə Prezidentə məruzə etmişdir.

Vətən müharibəsində iştirakı Vüsal Sultanov Vətən müharibəsinin ən çətin 5 döyüşündən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Polkovnik Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci, ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olmuşdur. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparmışdır. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra xidmətini DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini kimi davam etdirir. DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin sabiq rəisi olmuş hal hazırda Qubadlı əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsinni yerinə yetirir.

Təltifləri 50px (18 avqust 2013) — "Hərbi xidmətlərə görə" medalı 50px (16 avqust 2016) — "İgidliyə görə" medalı 50px (16 avqust 2019) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni 50px (9 fevral 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı 50px (24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı 50px (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

İstinadlar

Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar