Ramiz Ayvaz oğlu Həsənov () — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri.
Həyatı Ramiz Həsənov 20 avqust 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olmuşdur. 1978–1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdır.
1983–1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərmişdir. 1993–1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifədə çalışmışdır.
1997–2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olmuşdur.
2004–2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.
14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdur. 2008–2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olmuşdur.
15 may 2018-ci ildə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini təyin olunmuş, 19 aprel 2021-ci ildə vəzifəsindən azad edilmişdir. Elə həmin gün Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Eyni zamanda Azərbaycan Respublikasının Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Ailəsi Raziyə Polux qızı Həsənova (d. 1967) adlı xanım ilə ailəlidir, 2 övladı var.
İstinadlar
Mənbə Ramiz Ayvaz oğlu Həsənov Kim kimdir, eldən soruş? Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Azərbaycanın Gürcüstandakı səfirləri Kateqoriya:Azərbaycanın İspaniyadakı səfirləri Kateqoriya:Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müavinləri Kateqoriya:Azərbaycanın Andorradakı səfirləri