1-ci Ordu Korpusu — Bərdə korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Silahlı Qüvvələrin ən təhlükəli və strateji qüvvəsi olaraq tanınır. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Dağlıq Qarabağla təmas xəttində yerləşirdi. Hazırda korpusun vəzifələrini müvəqqəti icra edir general-mayor Bilal Çompuzov.

Tarix Korpus 3 mart 1992-ci ildə Azərbaycanın 701-ci, 708-ci və 130-cu Motoatıcı briqadasından qurulur.C. W. Blandy Azerbaijan: Is War Over Nagornyy Karabakh a Realistic Option? Advanced Research and Assessment Group. Caucasus Series 08/17. — Defence Academy of the United Kingdom, 2008, p.12 Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi General Nəcməddin Sadıkov korpusun ilk komandiri olur. İştirak etdiyi əməliyyatlar arasında Kəlbəcər döyüşü də vardır.

İkinci Qarabağ müharibəsindəki əməliyyatları İkinci Qarabağ müharibəsi zamanı korpus Suqovuşandakı qarşıdurmalarda iştirak edir. Kəndin 3 oktyabr tarixində Azərbaycan qüvvələri tərəfindən tutulmasında əsas rollardan birini oynayır. 9 dekabrda Prezident İlham Əliyev bu münasibətlə general Hikmət Həsənovun "Qarabağ" ordeni ilə təltif edilməsi haqqında bir sərəncam imzalayır. Korpus komandirinin müavini polkovnik Babək Səmidli Suqovuşana hücumda korpusun bir hissəsinə rəhbərlik edərək 27 oktyabrda Suqovuşan su anbarının ələ keçirilməsini elan edərək Euronewsa müsahibə verir. Babək Samidli atəşkəsdən sonra 23 noyabr tarixində Suqovuşan istiqamətində minaya düşərək şəhid olmuşdur. O, ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

Tərkibi Qərargahı (Bərdə) 1-ci Motoatıcı briqada 3-cü motoatıcı briqada 9-cu motoatıcı briqada 10-cu motoatıcı briqada 15-ci motoatıcı briqada 17-ci motoatıcı briqada

Komandanları General-mayor Nizam Osmanov (2002–2014) General-mayor Hikmət Həsənov (2014-h.h) General-mayor:Bilal Çompuzov

Qalereya

İstinadlar

Kateqoriya:Azərbaycan ordu korpusları Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar