Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xalqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xalqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi.

Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır.

RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir.

Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.

Etnik qruplar XalqQrupƏnənəvi dilDil qrupuMədəni əraziKorhonen, Mikko: Uralin tällä ja tuolla puolen. In the book Laakso, Johanna (edit.): Uralilaiset kansat, p. 23.SayıƏn vacib əraziDigər ənənəvi ərazilərSubqruplarXantılarOb xalqlarıXantı diliböyük ehtimalla UqorArktika mədəniyyət ərazisi31,000Xantı-MansiYamalo-NenetsMansilərOb xalqlarıMansi diliböyük ehtimalla UqorArktika mədəniyyət ərazisi12,000Xantı-MansiMacarlar (Magyar)Macar diliböyük ehtimalla UqorDunay mədəniyyət ərazisi13,000,000–14,000,000MacarıstanRumıniya, Slovakiya, Serbiya, UkraynaSekellər, Çanqoşlar, YaslarKomilərPermyanlarKomi diliPerm dilləriArktika mədəniyyət ərazisi323,000Komi RespublikasıPerm diyarıKomi-permyaklarUdmurtlarPermyanlarUdmurt diliPerm dilləriVolqa mədəniyyət sahəsi552,000UdmurtiyaBesermyanlarMarilərVolqa finləri Mari diliVolqa mədəniyyət sahəsi548,000Mari ElBaşqırdıstanÇəmənlik mariləri, Təpə mariləri, Şərqi marilər MordvalarVolqa finləriErzyan və mokşa dilləriMordva dilləriVolqa mədəniyyət sahəsi744,000MordoviyaSamara vilayəti, Penza vilayəti, Ulyanovsk vilayəti, Orenburq vilayətiErzyanlar, MokşalarFinlərBaltik finləriFin diliFin dilləriBaltik dənizi mədəniyyət sahəsi6,200,000–7,000,000FinlandiyaLeninqrad vilayəti, Kareliya Respublikası, İsveç, Norveç Tornedallar, Meşə finləri, Kvenlər, İngermanlandlılar, Tavastlar, Ostrobotniyalılar, Savakotlar, Gerçək finlərKarellərBaltik finləriKarel diliFin dilləriBaltik dənizi mədəniyyət sahəsi61,000Kareliya RespublikasıTver vilayəti, Murmansk vilayəti, Leninqrad vilayətiKarellər (gerçək), Olonets karelləri, Lud karelləriVepslərBaltik finləriVeps diliFin dilləriBaltik dənizi mədəniyyət sahəsi5,900Demoskop Weekly No 543-544 Kareliya RespublikasıLeninqrad vilayəti, Voloqda vilayətiİjorlarBaltik finləriİnqriya diliFin dilləriBaltik dənizi mədəniyyət sahəsi300Leninqrad vilayətiVotlarBaltik finləriVot diliFin dilləriBaltik dənizi mədəniyyət sahəsi60Leninqrad vilayətiEstonlarBaltik finləriEston diliFin dilləriBaltik dənizi mədəniyyət sahəsi1,100,000EstoniyaLatviya, Leninqrad vilayəti, Pskov vilayətiSetolar, VırularLivonlarBaltik finləriLivon diliFin dilləriBaltik dənizi mədəniyyət sahəsi180LatviyaSaamilərSaamilər Saami dilləriArktika mədəniyyət ərazisi80,000Norveçİsveç, Finlandiya, Murmansk vilayətiİnari saamiləri, Skoltlar

İstinadlar

Mənbə Mile Nedeljković, Leksikon naroda sveta, Beograd, 2001. People of Volga and Uralic regions. Komi-Zyrians. Komi-Permyaks. Mari. Mordvins. Udmurts. Moscow, 2000. () Petrukhin, Vladimir. Myths of Finno-Ugric Peoples. Moscow, 2005. 463 p. () World Outlook of Finno-Ugric People. Moscow, 1990. ()

Kateqoriya:Fin-uqor xalqları Kateqoriya:Asiyada yaşayan etnik qruplar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar