Bəndər-Abbas () — İranın Hörmüzgan ostanında liman şəhəri, ostanın inzibati mərkəzi. Köhnə adı Cərundur.
Bəndər-Abbas şəhəri İranın cənubunda, Fars körfəzinin sahilində və Hörmüz boğazının şimal tərəfində yerləşir.http://www.mediaforum.az/articles.php?article_id=20080108060619785&page=03&lang=az
Bəndər-Abbas liman şəhəri XVI əsrdən portuqalların işğalı altında olmuşdur. I Şah Abbasın zamanında – 1614-cü ilin sonunda Səfəvi ordusu portuqalları oradan qovub çıxarmışdır. Həmin vaxtdan etibarən Cərun limanı Şah Abbasın şərəfinə Bəndər-Abbas adlanmağa başlamışdırR. M. Savory. wan under the Safavids, p.115 .
Əhalisi 2005-ci il əhalinin siyahıya alınmasının nəticələrinə əsasən əhalisi 352,172 nəfərdir.
Həmçinin bax Hörmüzgan (ostan) Bəndər Kəng
İstinadlar
Xarici keçidlər Bəndər Abbas silkələndi
Kateqoriya:İran şəhərləri Kateqoriya:İran ostanlarının mərkəzləri Kateqoriya:Hörmüzgan ostanının şəhərləri Kateqoriya:Asiyanın liman şəhərləri