Marko Van Basten (; (, MORF: ;) — Niderlandlı keçmiş futbolçu və məşqçi. Daha çox İtaliyanın Milan klubunda oyunu ilə populyarlıq qazanıb. Hal hazırda "FİFA"nın texniki direktorudur.

Oyunçu Karyerası

Erkən illər Marko Van Basten 31 oktyabr 1961-ci ildə Utrext şəhərində anadan olmuşdur. Markonun atası Yol, 50-ci illərdə tanınmış futbolçu olub. Anası Lenni Van Der Borq isə gimnastika ilə məşğul olub. Gələcəyin futbol ulduzu 7 yaşında yerli EDO komandasında futbol öyrənməyə başlayıb. Bir il sonra Marko UVV komandasına keçir. Daha sonra Marko USV klubuna keçir.

Markonun 13 yaşı olanda o, Rotterdamın Feyenoord klubunun skautlarının diqqətini cəlb edir və o Rotterdama dəvət edilir. Ancaq Markonun atası Yol, 13 yaşlı oğlunun başqa şəhərə getməsinə razılıq vermir. Bir il sonra 1978-ci ildə Van Basten ciddi zədələnir və həkimlər onun futbol oynamasını qadağan edirlər.

"Ayaks" 1981-ci ildə Van Basten Amsterdamın Ayaks klubuna keçir və 3 aprel 1982-ci ildə, Ayaks ilə NEK oyununun 46-cı dəqiqəsində, əfsanəvi Yohan Kroyfu əvəz edərək "yəhudi"lərin heyətində debut edir. Bu oyunda komandasının vurduğu 5 qoldan birinə imza atan Marko Van Bastenhttp://www.vi.nl/Wedstrijden/Wedstrijd.htm?dbid=61799&typeofpage=84140, peşəkar karyerasının debut oyununda vurduğu qol ilə yadda qalır. Ayaksın heyətində 6 mövsümdə meydana çıxdığı 133 oyuna 128 qol vurur. Bu illərdə Van Basten ardıcıl 4 dəfə Niderland çempionatının bombardiri olur.

"Milan" 19 noyabr 1986-cı ildə, Amsterdam restoranlarının birində Van Basten və Ruud Qullitin Silvio Berluskoni ilə şam yeməyi baş tutur. Dövrunun ən uğurlu iş adamlarından biri olan Berluskoni hər iki futrbolçunu Milana keçməyə razı salır. 30 iyun 1987-ci ildə futbolçu Ayaks ilə vidalaşır və Milan Van Bastenə görə Ayaks klubuna 1 milyon ABŞ dolları ödəyir. Futbolçu Milanda ilk mövsümdə 11 oyuna 2 dəfə fərqlənir. Bu qollardan birini Milanın çempionluq yarışında əsas rəqibi, Maradonalı Napolinin qapısına vurur. Furbolçu Milanda 8 mövsümdə ümumilikdə 147 oyunda 90 dəfə fərqlənir. Milanın heyətində 2 dəfə "Seria A"-nın bombardiri olur. Van Basten Milanda oynayarkən şəxsi 13, klub ilə isə 14 titul qazanır. Futboçu bu dövrdə 3 dəfə qızıl top qazanır. Ancaq hər şeyin əla getdiyi dövrdə, futbolçunun köhnə zədəsi təkrar üzə çıxır və 1992-ci ildən onun oynamasında problemlər yaranır. Ancaq Milan klubu onunla müqaviləni 2.5 illik uzadır. 30 iyun 1995-ci ildə onun klub ilə müqaviləsi bitsədə, Berluskoninin istəyi ilə ona məvacibi bir neçə ay ödənilir. Milan azarkeşləri onun geri qayıdacağına ümid eləslərdə, 17 avqust 1996-cı ildə Van Basten futbolçu karyerasını bitirdiyini açıqlayır. Van Bastenin Milanla son oyunu 26 may 1993-cü ildə baş tutur.

Milli karyerası Van Bastenin Niderland Milli komandasında debutu 1983-cü ilin yayında baş tutub. Niderland millisi ilə 1988-ci ildə Avropa Çempionatının qalibi olur. Onun "AÇ-88" finalında SSRİ millisinə vurduğu qol turnir tarixinin ən gözəl qollarından biri sayılır.

Oyun Stili Van Basten akrobatik qolları ilə tanınırdı.

Məşqçilik karyerası Karyerasını bitirdikdən sonra müxtəlif klublarda və Niderland millisində məşqçi kimi çalışıb.

FİFA 2017-ci ildə Van Basten futbol qaydalarında bəzi dəyişikliklərin edilməsi təklifi ilə çıxış edir. Ancaq bunlar qəbul edilmir.

2018-ci ilin martında Van Basten İran futbolunun 100 illiyinin qeyd edilməsi tədbiri ilə əlaqədar olaraq, FİFA prezidenti ilə birlikdə İrana səfərə yollanır. İran prezdienti Həsən Ruhani və İran Futbol Federasiyası prezdienti ilə göruşdə Van Basten İranda qadınların stadiona buraxılması qadağasının aradan qaldırılması təklifini verir.

Titulları

Komanda ilə "Ayaks"

Niderland çempionu (3): 1981/82, 1982/83, 1984/85 Niderland kubokunun qalibi (3): 1983, 1986, 1987 Kuboklar Kubokun qalibi 1987 Cəmi : 7 Titul

"Milan"

İtaliya Çempionu (4): 1987/88, 1991/92, 1992/93, 1993/94 UEFA Çempionlar Kubokunun Qalibi (2): 1989, 1990 İtaliya Super Kuboku (4): 1988, 1992, 1993, 1994 UEFA super Kuboku (2): 1989, 1990 Qitələr arası kubok (2): 1989, 1990 Cəmi : 14 Titul

Niderland Millisi

Avropa Çempionu: 1988 Cəmi: 1 titul

Şəxsi Niderland Çempionatının Bombardiri (4): 1984, 1985, 1986, 1987 Seria A Bombardiri (2): 1990, 1992 Avropa Çempionatının Bombardiri : 1988 Avropa Çempionatının ən yaxşısı : 1988 Футболист года в Нидерландах: 1985 "Qızıl buts"un qalibi: 1986 "Bravo Titulu"nun qalibi: 1987 Qızıl Top (France Football) (3): 1988, 1989, 1992 İlin oyunçusu (World Soccer versiyası) (2): 1988, 1992 Avropada ilin futbolçusu (Onze d’Or) (2): 1988, 1989 İlin futbolçusu (FİFA): 1992 UEFA Çempionlar Kuboku bombardiri: 1989 İlin futbolçusu (IFFHS) (2): 1988, 1989

İştirak statistikası

Klub karyerası KlubMövsumLiqaKubokAvro kubokƏlavəCəmiOyunQOLOyunQOLOyunQOLOyunQOLOyunQOLAyaks1981/8211100000211982/8320954000025131983/84262841200032291984/85332242450041291985/86263710200029371986/8727317696004343Cəmi1331282213171100172152Milan1987/881135530001981988/89331943991147321989/90261941733140241990/91311110201035111991/92312574000038291992/9315131056112220Cəmi147902213261863201124Bütun karyerası ərzində2802184426432963373276

İstinadlar Van Basten haqqında sayt

Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Qızıl top alanlar Kateqoriya:Ayaks AFK futbolçuları Kateqoriya:FİFA 100 Kateqoriya:UEFA Avro 1988 futbolçuları Kateqoriya:UEFA Avro 1992 futbolçuları Kateqoriya:1990 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Niderland milli futbol komandasının oyunçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Erediviziya məşqçiləri Kateqoriya:Legioner Niderland futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:UEFA Avro 2008 məşqçiləri Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku məşqçiləri Kateqoriya:2006 FİFA Dünya Kuboku məşqçiləri Kateqoriya:Niderland milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Niderland futbol məşqçiləri Kateqoriya:Niderland milli futbol komandasının məşqçiləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Niderlandlı legioner kişi futbolçular