Çiro İmmobile (, ) — İtaliyalı peşəkar futbolçu, "Paris FK" klubunun hucumçusu.
İtaliya milli komandasının keçmiş hücumçusu olub.
Bioqrafiya Futbolçu 20 fevral 1990-cı ildə İtaliyada, Neapol şəhəri yaxınlığında kiçik Torre Annunziata şəhərində dünyaya gəlib.
Karyerası
Klub Karyerası Çiro 2002-ci ildə 12 yaşında olarkən "Sorrento" klubunun uşaq komandasına qoşulub.
İtsedadlı Çiro 2008-ci ildə "Yuventus" skautlarının diqqətini cəlb edir və futbolçu "Yuventus"un gənclər komandasına qoşulur. Çiro 2009-cu ilin mart ayının 14-də, "Bolonya" ilə oyunun 89-cu dəqiqəsində Del Pyeronu əvəz edərək meydana daxil olur və Yuventusun heyətində A Seriyasında debut edir. Ancaq "Yuventus"da möhkəmlənə bilməyən futbolçu ardıcıl olaraq "Siena", "Qrosetto" və "Peskara" klublarına icarəyə verilir.
"Peskara"da İmmobilenin ulduzu parlayır və 2011/12 mövsümundə bu klubda 37 oyuna 28 qol vuraraq klubun A Seriyasında yüksəlməsinə yardımçı olur. Növbəti mövsüm "Cenoa" klubu futbolçunun transfer hüququnun yarısını "Yuventus"dan alır və futbolçu "Cenoa" klubuna qoşulur.
2013-cü ildə "Torino" klubu futbolçunu transfer edir. "Torino" ilə 2013/14 mövsümundə İtaliya çempionatının bombardiri olur.
Futbolçu 2014-cü ilin yayında 19 milyon avroya Almaniyanın "Borussiya Dortmund" klubuna transfer olunur. Ancaq orda uğurlu olmayan futbolçu İspaniyanın "Sevilya" və İtaliyanın "Torino" klublarına icarəyə verilir. Ancaq bu klublardada uğurlu olmayan futbolçu 27 iyul 2016-cı il tarixində "Latsio"ya transfer olunur və orada təkrar ulduza çevrilir.
Milli komanda karyerası 2008-ci ildən 2014-cü ilə kimi İtaliyanın müxtəlif aşağı yaş komandalarında çıxış edən futbolçu, 6 mart 2014-cü ildə İtaliya — İspaniya (0–1) oyununda İtaliya milli komandasında debut edir.
Karyera statistikası
+Klub statistikasıKlubMövsumLiqaKubokQitəDigərCəmiDvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolYuventus2008–09A Seriyası100000—102009–10201010—40Cəmi3010100050Siena (icarə)2010–11B Seriyası4121——62Qrosseto (icarə)2010–1116100——161Peskara (icarə)2011–12372800——3728Cenoa2012–13A Seriyası33510——345Torino2013–14332211——3423Borussiya Dortmund2014–15Bundesliqa2433364103410Sevilya (icarə)2015–16La Liqa82323010154Torino (icarə)2015–16A Seriyası14500——145Latsiyo2016–17362353——41262017–18332942981247412018–1936155351—46192019–20373621421044392020–2119141045—24192021–2231272174—40322022–231671011—218Cəmi2241572010342122202190Klub Karyerasında cəmi3962243117442552476222
Milli komanda
İtaliya Milli komandasındakı statistikasıİlOyunQol20149120153020168420171022018502019432020302021125202210Cəmi5515
Uğurları
Komanda "Yuventus"
Viagero Turniri Qalibi (2): 2009, 2010
"Peskara"
B Seriyasının Qalibi: 2011/12
"Borussiya Dortmund"
Almaniya Superkubokunun qalibi: 2014
"Latsio"
İtaliya kubokunun qalibi: 2018/19 İtaliya Superkubokunun qalibi (2): 2017, 2019
İtaliya millisi
Aralıq dənizi Oyunlarının gümüş mükafatçısı: 2009 Avropa çempionu: 2020
Fərdi B seriyasının bombardiri: 2011/12 A Seriyasının bombardiri (4): 2013/14, 2017/18 (Mauro İkardi ilə birlikdə), 2019/20, 2021/22 Qızıl buts qalibi: 2020 UEFA Avropa Liqasının bombardiri: 2017/18 A Seriyasının simvolik "mövsümün komandası" üzvü (3): 2013/14 , 2017/18, 2019/20 Avropa Liqasının simvolik "mövsümün komandası"nın üzvü: 2017/18 "Latsio" tarixinin bombardiri: 163 qol
İstinadlar
Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:Siena FK futbolçuları Kateqoriya:Peskara FK futbolçuları Kateqoriya:Cenoa FK futbolçuları Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:Borussiya Dortmund FK futbolçuları Kateqoriya:Sevilya FK futbolçuları Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Futbol üzrə Aralıq dənizi Oyunları medalçıları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:"İtaliya Respublikası qarşısındakı xidmətlərinə görə" ordeninin kavalerləri Kateqoriya:Beşiktaş PFK futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:Bolonya FK futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:2009 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular