Ukraynanın Avstriya səfirliyi () — Ukraynanın Avstriyanın Vyana şəhərində yerləşən səfirliyi.

Vəzifələri Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.

Tarixi 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.

1992-ci il yanvarın 24-də Ukrayna və Avstriya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1992-ci ildə isə Ukraynanın Avstriya səfirliyi yaradıldı.

Ukraynanın Avstriyada olan fövqəldə və səlahiyyətli səfiri Andrey Şerbadır. O, 2014-cü ildən bu vəzifədədir.

İstinadlar

Kateqoriya:Ukraynanın diplomatik nümayəndəlikləri