Ernesto Qrilyo (; ) ― yarımmüdafiəçi mövqeyində oynamış Argentina futbolçusu. O, Argentinanın "Boka Xuniors" və "İndependyente" və İtaliyanın "Milan" klubunda çıxış etmişdir. O, həmçinin Argentina milli futbol komandasının üzvü olmuşdur. O, Argentina Futbol Assosiasiyasının Şöhrət Zalına daxil edilmişdir. O, 1953-cü ildə 3–1 hesabı ilə bitən İngiltərəylə oyunda qol vurduqdan sonra əfsanələşdi.

Həyatı Gənc ikən "River Pleyt" və "İndependyente"də bərkiyəndən sonra, 1949-cu ildə "İndependyente"də peşəkar karyerasına başladı. Qrilyonun karyerasının ən diqqət çəkən məqamı 4 may 1953-cü ildə Argentinanın heyətində İngiltərənin qapısına vurduğu qolu oldu. 1950-ci ildə Braziliyada təşkil olunan FIFA Dünya Kubokundan sonra İngiltərə Cənubi Amerikaya ikinci dəfə səfər etmişdir və komanda River Pleyt stadionunda oyuna qədər məğlubiyyətsiz qalırdı. Bu qolun sayəsində 14 may günü "Argentina futbolçusu günü" olaraq qeyd olundu.

Qrilyo 1955 Cənubi Amerika çempionatını qazanan milli komandanın bir hissəsi idi. 1957-ci ildə İtaliyaya köçdü və 1958–59 mösümündə "Milan" ilə Seriya A çempionluğunu qazandı.

1960-cı ildə "Boka Xuniors"a keçərək Argentinaya qayıtdl, orada ümumlikdə 101 oyuna 11 qol vurdu və 1962, 1964 və 1965-ci illərdə üç dəfə liqa çempionu oldu.

Qrilyo peşəkar karyerasını 37 yaşında ikən 1966-cı ildə başa vurdu. Dörd il sonra "Boka Xuniors"un gənclər komandasının məşqçilik etməyə başladı. Qrilyo 31 dekabr 1986-cı ilədək orada çalışdı, klub onun müqaviləni uzatmamağa qərarı verdi. 1997-ci ildə depressiyaya düşdü və 18 iyun 1998-ci ildə vəfat etdi."Murió Ernesto Grillo, una leyenda del fútbol" , Clarín, 19 June 1998

İstinadlar

Xarici keçidlər "Find a Grave" saytında Ernesto Qrilyo Argentina Futbol Assosiasiyasının Şöhrət Zalı (ispanca) Wayback Machine saytında Ernesto Qrilyonun profili (ispanca)

Kateqoriya:Argentina futbolçuları Kateqoriya:Argentina milli futbol komandasının oyunçuları Kateqoriya:İndependyente FK futbolçuları Kateqoriya:Boka Xuniors FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Argentina futbol məşqçiləri Kateqoriya:Boka Xuniors FK məşqçiləri Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Kopa Amerikanın qalib futbolçuları Kateqoriya:Argentinanın kişi futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri