Stefaniya Turkeviç-Lukiyanoviç (25 aprel 1898, Lvov, Avstriya-Macarıstan İmperiyası – 8 aprel 1977, Kembric, Birləşmiş Krallıq) – Ukraynanın ilk qadın bəstəkarı hesab olunan pianoçu və musiqişünas.
Həyatı Erkən illəri Stefaniyanın babası-Lev Turkeviç və atası-İvan Turkeviç keşiş idi. Anası Sofia Kormoşiv isə pianoçu idi. Yəni, ailənin bütün üzvləri heç olmasa bir musiqi alətində ifa etməyi bacarırdı. Stefania da piano, arfa və qarmonda sərbəst ifalar edirdi. Bəstəkar Turkeviç sonralar uşaqlığını və musiqiyə olan sevgisini belə təsvir edirdi:
Təhsili Stefaniya musiqi təhsilinə Vasili Barvinski ilə başlamışdır. 1914-1916-cı illər arasında Vyanada pianoçu Vilem Kurtz ilə çalışmışdır. Birinci Dünya müharibəsindən sonra Lviv Universitetində Adolf Çibinski ilə çalışmağa başlamış və Lvov Konservatoriyasında musiqi nəzəriyyəsi mövzusunda mühazirələrdə iştirak etmişdir.Павлишин, Степанія Стефанівна. Перша українська композиторка: Стефанія Туркевич-Лісовська-Лукіянович, БаК, Lviv 2004.
1919-cu ildə Müqəddəs Georgi Katedralində bir neçə dəfə səsləndiriləcək Liturji adlı ilk musiqi əsərini bəstələmişdir.
1921-ci ildə Vyana Universitetindən Qvido Adler və Vyana Musiqi və Səhnə Sənətləri Universitetindən Yozef Marks ilə çalışmış və 1923-cü ildə diplomula təltif edilmişdir.
Şəxsi həyatı 1925-ci ildə Robert Lisovski ilə evləndi və cütlük Berlinə köçdü. Bu evlilikdən 1927-ci ildə Zoya adlı qızı dünyaya gəldi. İkinci dəfə, İkinci Dünya müharibəsi dövründə İtaliyada İngilis komandanlığı altında həkim olaraq çalışan Nartsiz Lukyanoviç ilə ailə həyatı qurmuşdur.
Fəaliyyəti Berlində yaşadığı dövrdə, 1927-1930-cu illərdə Arnold Şönberq və Frans Şreker ilə çalışmışdır. 1930-cu ildə Praqada Karlov Universitetində təhsilini davam etdirmiş, həmçinin Praqa Konservatoriyasında da çalışmışdır. Bu dövrdə, Musiqi akademiyasında Vitezslav Novakdan bəstəkarlıq təhsili almışdır. 1933-cü ilin payızında fortepiano dərsləri vermiş və Praqa Konservatoriyasında müşaiyətçi kimi fəaliyyət göstərmişdir. 1934-cü ildə "Rus operalarında Ukrayna folkloru" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Ukrayna Azad Universitetindən musiqişünaslıq üzrə doktorluq dərəcəsi almışdır
Lvova qayıtdıqdan sonra, 1934-cü ildən İkinci Dünya müharibəsinin başlanğıcına qədər Lvov Konservatoriyasında musiqi nəzəriyyəsi və fortepiano dərslərini tədris etmiş və Ukrayna Professional Musiqiçilər Dərnəyinin üzvü olmuşdur. İkinci dünya müharibəsi dövrü
Sovet İttifaqı Qərbi Ukraynanı işğal etdikdən sonra Stefaniya, 1940-1941-ci illər arasında Lvov Opera Evində xüsusi müəllim, konsert dirijoru və Lvov Konservatoriyasında dosent vəzifələrində çalışmışdır. Konservatoriya Alman işğalı nəticəsində bağlandıqdan sonra Dövlət Musiqi Məktəbində dərs deməyə davam etmişdir. 1944-cü ilin yazında Lvovdan Vyanaya getmişdir. 1946-cı ildə SSRİ-dən Cənubi Avstriyaya ardınca da İtaliyaya mühacirət etmişdir.
Böyük Britaniyada
Stefaniya 1946-cı ilin payızında Birləşmiş Krallığa köçərək, Braytonda (1947-1951), Londonda (1951-1952), Bristol yaxınlığında yerləşən Berou Qarnidə (1952-1962), Belfastda (1962 –1973) və Kembricdə (1973-cü ildən) yaşamışdır.
1940-cı illərin sonunda bəstəkarlığa qayıtdı. Müxtəlif illərdə Britaniyadakı Ukraynalı icmaların bir sıra konsertlərində pianoçu kimi çıxış etdi. İngilis Qadın Bəstəkarlar və Musiqiçilər Birliyinin üzvü idi.
Stefaniyanın yazdığı "Oksananın ürəyi" operası, 1970-ci ildə bacısı İrenanın bədii rəhbərliyi ilə Kanadanın Vinnipeq şəhərində yerləşən Senteniyal Konsert Salonunda səhnəyə qoyuldu.
İrsi
Bəstələrinin müasir olmasına baxmayaraq, zaman-zaman Ukrayna xalq mahnılarından bir sıra elementlər ehtiva etdiyi müşahidə edilmişdir . Stefaniya Turkeviç 1970-ci illərdə bəstəkar kimi fəaliyyət göstərmiş, 8 aprel 1977-ci ildə İngiltərənin Kembric şəhərində vəfat etmişdir.
İstinadlar
Biblioqrafiya Сокіл-Рудницька М. Пам'яті Стефанії Лукіянович // Вільне Слово. - Торонто, 1977. - 9, 16 yaşında. - С. 3. Вовк В. Параь для Стефанії Туркевич-Лукіянович // Наше Життя. - Нью-Йорк, 1992. - Ч. 5. - С. 6–9. Стельмащук Р. ... - Львів, 1999. - С. 276–281. Павлишин С. Перша українська композиторка // Наше Життя. - Нью-Йорк, 2004. - Ч. 1. - С. 14–16. Павлишин С. Перша українська композиторка: Стефанія Туркевич-Лісовська-Лукіянович. - Львів, 2004. Карась Г. Статика і динаміка жанру дитячої опери у творчості композиторів української діаспори ХХ ст. // Вісник Державної академії керівних кадрів культури і мистецтв. - Київ, 2010. - Hayır. 2. - С. 89–93. Яців Р. Роберт Лісовський (1893–1982): дух лінії. - Львів, 2015. - С. 11, 13, 79–84, 91.
Xarici keçidlər
Ukrayna İncəsənət Mahnısı Layihəsi - Stefania Turkewich Stefania Turkewich: Qalisyenler I | İncəsənət Mahnıları Музично-меморіальний музей «Цар Ох» або Серце Оксани - Oksananın ürəyi Фільм про Стефанію Туркевич - Stefania Turkewich haqqında film Світова прем'єра Першої симфонії Стефанії Туркевич - Stefania Turkewich'in İlk Simfoniyasının dünya premyerası Три симфонічні ескізи- Üç simfonik eskiz - Dünya premyerası Концерт-присвята до 120 року з дня народження Стефанії Туркевич - Stefania Turkewich'in 120-ci ildönümünə həsr olunmuş konsert Прем'єра. Стефанія Туркевич-Лукіянович "Серце Оксани" опера - Premyerası. Stefania Turkewich-Lukiyanovich "Oksananın Ürəyi" operası
Kateqoriya:1898-ci ildə doğulanlar Kateqoriya:1977-ci ildə vəfat edənlər Kateqoriya:Ukrayna bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Qadın pianoçular Kateqoriya:Britaniya bəstəkarları Kateqoriya:Musiqi Kateqoriya:Opera bəstəkarları