Corco Kinalya (; ) — İtaliyalı keçmiş futbolçu, hücumçu. Karyerasına İngiltərədə başlayıb. Sonra İtaliyaya köçür və burada ilk bir neçə mövsümü aşağı liqalarda oynayır. 1969-cu ildə "Latsio" klubuna transfer edilir, Roma klubunda iki yüzdən çox oyun keçirdib. "Latsio" ilə 1973/74 mövsümündə İtaliya çempionluğunu qazanır və çempionatın bombardiri olur. Karyerasının ikinci yarısını dörd dəfə Şimali Amerika Futbol Liqasını qazandığı "New York Cosmos" klubunda keçirdib.

254 oyunda (pley-off da daxil olmaqla) 242 qol vuraraq Şimali Amerika Futbol Liqası tarixinin ən yaxşı bombardiridir. 2000-ci ildə ABŞ Futbol Şöhrət Salonuna düşur və eyni zamanda "Latsio" tarixinin ən böyük oyunçusu hesab edilir. Karyerasını başa vurduqdan sonra idman funksioneri kimi çalışıb. Bir neçə dəfə iqtisadi cinayətlərə görə mühakimə olunub.

Bioqrafiya Corco Kinalya 1947-vi ildə kasıb bir Toskaniyalı ailəsində doğulub. İkinci Dünya müharibəsindən sonra İtaliyada iqtisadi problemkərin yaranmasına görə ailəsi Uelsə köçur. Balaca Corco İtaliyada nənəsi ilə qalır. Ancaq 1955-ci ildə o ailəsinin arxasında Britaniyaya gedir.

Karyerası

Suonsi Taun Britaniyada böyüdüyü üçün ilk klubu Britaniyanın "Suonsi Taun" klubu olur. Ancaq daha əvvəl onunla "Kardiff Siti" klubu maraqlanır, lakin Corco kluba baxışa getməkdən imtina edir. Sonra "Suonsi Taun"dan futbolçuya təklif gəlir və bu təklifi qəbul edərək 1962-ci ildə "Suonsi"nin gənclər komandasına qatılır.

Corco "Suonsi"də ilk dəfə 1964-cü ilin oktyabrında "Rotherham Yunayted" ilə Liqa Kuboku matçında debüt edir və ilk liqa oyununu Fevral ayında "Portsmut" klubuna qarşı keçirir.

1966-cı ildə Kinalya bu klub ilə vidalaşır.

Masseze 1966-cı ildə Kinalyanın ailəsi İtaliyaya dönür. Bu zaman Kinalya İtaliyadan kənarda peşəkar səviyyədə oynadığı üçün, o vaxtın qanunlarına görə İtaliya Futbol Federasiyası tərəfindən A Seriyasında oynaması 3 illiyinə qadağan edilir. Atası və ailəsinin məsləhəti ilə evlərinin yaxınlığında yerləşən C Seriyası klubu olan "Masseze"yə keçir. Başlanğıcda Kinalya, daha intizamlı İtalyan futboluna alışmağa çətinlik çəksədə tezliklə bura uyğunlaşır. 14 sentyabr 1966-cı ildə gələcək klubu "Latsio" ilə yoldaşlıq görüşündə debut edir. 1967-ci ildə Neapolun "İnternapoli" klubu onu 100 milyon lirəyə satın alır. Kanalya özü bu haqda davada iştirak etdiyi üçun həbsdə olarkən xəbər tutur. .

İnternapoli "İnternapoli" komandasında iki mövsüm keçirib 66 oyuna 24 qol vurur.

Latsiyo 1969-cu ildə futbolçu "Latsio"ya transfer edilir və burada 1976-cı ilə kimi oynayaraq, 209 oyunda 99 qol vurur.

Nyu Yor Kosmos 1976-cı ildə Kinalya NASL-də çıxış edən "Nyu York Kosmos"a keçir. O zaman karyeralarının son illərində olan Pele, Corc Best, Yohan Kroyff, Gerd Müller kimi futbolçularda burada oynayırdı. 17 may 1976-cı ildə "Kosmos"un heyətində debüt edərək "Los Anceles Aztex"ə qarşı oyuda meydana çıxır. Bu oyunda Kinalya dubla edir, ondan başqa Pele və Kit Eddidə qol vurur və "Kosmos" 6: 0 hsabı ilə qələbə qazanır .

Milli komanda karyerası right|thumb| İtaliya milli komandasında. Kinalyanın "Latsio"dakı uğurlu oyunu onun İtaliya Milli komandasına dəvət edilməsinə səbəb olur. Ferucci Valkarecci onu 1970 Dünya Kuboku üçün heyətə daxil edir .İtaliya Millisində meydanda olduğu 14 oyunda 4 qol vurur.

Karyera Statistikası + Klub StatistikasıKlubMövsumLiqaKubokAvro KuboklarDigərToplamOyunQolOyunQolOyunQolOyunQolOyunQolSuonsi Taun1964/651010 - - - -201965/664100 - - - -41Toplam5110000061Masseze1966/6732500 - - - -325Toplam325000000325İnternapoli1967/68311000 - - - -31101968/69351400 - - - -3514Toplam66240000006624Latsiyo1969/70281310227638211970/7130933225740211971/72342175000041261972/73301041003237131973/74302484460042341974/75301440000034141975/762781033003111Toplam20999281311131515263140Nyu York Kosmos1976 - - - - - -21191977 - - - - - -30241978 - - - - - -36391979 - - - - - -33321980 - - - - - -39501981 - - - - - -38351982 - - - - - -38241983 - - - - - -1919Toplam254242000000254242Cəmi566371291311131515621412

Oyun Stili right|thumb| Kinalya vurduğu qolu qeyd edir Kinalya öz nəslinin ən yaxşı İtalyan hücumçularından biri sayılır. Futbolçu dəqiq və güclü zərbələri olan sürətli və güclü bir oyunçu olub. Tez-tez İtaliyanın ilk klassik mərkəz hücumçularından biri olaraq adlandırılır. Əvvəlcə onun oyun tərzi İtaliya üçün yeni idi, lakin buna baxmayaraq tanınmış və müvəffəqiyyətli bir hücumçuya çevrilir .

Uğurları İtaliya A Seriyası Çempionu: 1973/74 Alp kubokunun qalibi: 1971 Cəmi: 2 kubok Şimali Amerika Futbol Liqasının çempionu ( 4 ): 1977, 1978, 1980, 1982 Cəmi: 4 kubok

Fərdi İtaliya A Seriyasının bombardiri: 1973/74 İtaliya B Seriyasının bombardiri: 1971/72 Alp Kubokunun ən yaxşı bombardiri: 1971 Şimali Amerika Futbol Liqasının Ən Dəyərli Oyunçusu: 1981 Şimali Amerika Futbol Liqasının Ən Çox qol vuran oyunçusu (5 ): 1976, 1977, 1978, 1980, 1982 Şimali Amerika Futbol Liqası tarixinin ən yaxşı bombardiri: 242 qol

İstinad

Xarici Keçidlər

Saytdakı statistika Nasljerseys.com

Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Uelsdə legioner futbolçular Kateqoriya:ABŞ-də legioner futbolçular Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:Şimali Amerika Futbol Liqası (1968–1984) oyunçuları Kateqoriya:1974 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya C Seriyası futbolçuları Kateqoriya:Suonsi Siti FK Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:İtaliyadan ABŞ-yə mühacirət edənlər