Mənəvi zərər — iqtisadiyyat elmində şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növü. Məsələn, şəxsin maşını sığortalandıqda o, daha az ehtiyatlı davranır çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan(sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən(sığortalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir.

Tarixi Dembe və Bodenin araşdırmasına əsasən bu terminin tarixi XVII əsrə uzanır və XIX əsrdə ingilis sığorta şirkətləri tərəfindən geniş istifadə olunurdu.Dembe, Allard E. and Boden, Leslie I. (2000). "Moral Hazard: A Question of Morality?" New Solutions 2000 10(3). 257–79 Həmin dövrdə bu termin mənfi mənada istifadə edilirdi və fırıldaqçılığı ifadə edirdi. İndiki dövrdə isə iqtisadçılar bu termini risklərin tam dəyərləndirilə bilinməməsindən ortaya çıxan səmərəsizlikləri təsvir etmək üçün istifadə edirlər.

İstinadlar

Xarici keçidlər

"What's so Moral about the Moral Hazard?" . Press.illinois.edu "Inside the Meltdown", PBS's Frontline episode uses the idea as a central theme

Kateqoriya:İqtisadiyyat Kateqoriya:Sığorta Kateqoriya:Maliyyə riski Kateqoriya:Sosial etika Kateqoriya:Bazar uğursuzluğu