Rəşid Övezgeldiyeviç Meredov (; ) — Türkmənistan dövlət xadimi, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini (2003), Türkmənistanın xarici işlər naziri (2001-ci ildən).

Həyatı Rəşid Meredov 29 may 1960-cı ildə Aşqabadda anadan olub. Atası milliyətcə türkmən, anası isə azərbaycanlıdır. Uşaqlığı Marı şəhərində keçib.

1982-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1982–1984-cü illərdə A. M. Qorki adına Türkmənistan Dövlət Universitetində müəllim işləyib. 1984–1987-ci illərdə Moskva Dövlət Universitetində aspirantura təhsili alıb.

1990–1991-ci illərdə Türkmənistan Ədliyyə Nazirliyində işləyib. 1991-ci ildən Türkmənistan Xarici İşlər Nazirliyində və Türkmənitstan Prezidenti Aparatında çalışıb. 1993-cü ilin martından 1994-cü ilədək Türkmənistan Prezidenti Aparatının hüquq bölməsinin müdiri işləyib.

1994-cü ildə Türkmənistan Məclisinə (parlamentinə) seçilib. 1996–1999-cu illərdə Türkmənistan Prezidenti yanında Demokratiya və İnsan Hüquqları Milli İnstitutunun direktor müavini işləyib. 1996-cı ildə eyni zamanda Rusiya XİN-nin Diplomatik Akademiyasında qısa kurslar keçib. 1999-cu ilin mayında xarici işlər nazirinin birinci müavini təyin edilib. 2001-ci ilin may-iyul aylarında Türkmənistan Məclisinin Sədri olub. 2001-ci ilin iyul ayında Türkmənistan xarici işlər naziri təyin olunub. 2003-cü ilin fevral ayından eyni zamanda Türkmənistan Nazirlər Kabineti sədrinin müavini vəzifəsini də icra edir.

İstinadlar

Kateqoriya:Moskva Dövlət Universitetinin müəllimləri Kateqoriya:SSRİ hüquqşünasları Kateqoriya:Türkmənistan diplomatları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XXI əsr hüquqşünasları Kateqoriya:XXI əsrin diplomatları Kateqoriya:XX əsrin diplomatları Kateqoriya:Türkmənistan nazirləri