Yarkənd xanlığı və ya Moğolustan ( — Məmləkət-i Muğuliyə; ) daha sonra Qaşqar Xanlığı və bəzən Sədiyyə də adlandırılırdı — Şərqi Türkistanın qərb hissəsində (bəzən Turfan, Kumul, Çalış da daxil idi) feodal dövlət. Paytaxtı əvvəlcə Yarkənd, 1596-cı ildən isə Qaşqar olmuşdur. Xanlığın yüksəliş dövründə ərazisi Moğolustanın keçmiş torpaqlarını (Cunqariya, Yeddisu, Fərqanə Vadisi, İssık-Kul), habelə Tibetin şimal bölgələrini, Bədəxşan və Kəşmiri də əhatə etmişdir.
1696-cı ildə taxta son Cağatay Ağbaş xan oturdu, lakin Qaşqarın bəyləri onu tanımaqdan imtina etdi və bunun əvəzinə qırğızlarla ittifaqa girərək Yarkəndə hücum etdilər və Ağbaş xanı əsir aldılar. Yarkınd bəyləri kömək üçün cunqarlara müraciət etdilər. 1705-ci ildə qoşun göndərən cunqarlar qırğızları sıxışdırıb Yarkənddən qovdular. Cunqarlar Cağatay nəslindən olmayan Mirzə Alim Şah bəyi taxta çıxardılar. Bununla da Cağatay xanlarının hakimiyyətinə əbədi olaraq son verdilər. Tarixi Xanlığın yaranması 1514-cü ildə Moğolustandan ayrılma nəticəsində meydana gəlmişdir. Dövlətin əsasını qoyan Sultan Səid xan olmuşdur. 1514-cü ildə Yunus xanın nəvəsi və I Sultan Əhməd xanın üçüncü oğlu Sultan Səid xan kiçik bir qüvvə ilə taxtı ələ keçirdi və yeni bir sülaləsinin Səid-Tuğluq Teymur nəslinin əsasını qoydu. Bu hakimiyyətin Duqlat qəbiləsindən Tuğluq Teymur nəslinə keçməsi ilə Şərqi Türkistandakı dövlət quruluşunun Moğolustandan müstəqilliyini qoruyaraq dəyişməz qalmasıdır. Onun hakimiyyətini hətta doğma əmisi Moğolustan hakimi Mənsur xanda tanıdı. Həmin anda onun dövləti Moğolustanın şərq hissəsini (Turfan, Kumul, Calış) əhatə edirdi. Yarkand xanlığının qurucusu Səid xanın və onun sonrakı varisləri olan I Əbdürrəşid xanın və Əbdülkərim xanın hakimiyyət illərində yəni 1514-1593-cü illər aralığında ölkə böyük müharibələrdə iştirak etmədi və bu xanlar əsasən dinc quruculuq işləri ilə məşğul oldular. Bu dövlət də Orta Asiyadakı Şeybanilər və Həştərxanilər dövlətləri ilə oxşarlıq təşkil edərək, özünə xas olan atributları və təsisatlarıyla tipik bir feodal quruluşlu xanlıq idi. İlk vaxtlar Yarkənd xanlığı tərkibinə Qaşqar, Yangihisar, Yarkənd, Xotan, Aksu və Uç kimi şəhərlər daxil idi. Mənsur xanla barışıq bağlandıqdan (1516) sonra ölkənin şərq bölgəsi - Bai, Kuşan (Kuçar), Çhalış (Qaraşəhər), Turfan və Kumul ta Cayquna (Böyük Çin səddi) qədər Yarkənd xanlığına birləşdi. 1529-cu ildə Səid Bədəxşana hücum etdi. 1531-ci ildə isə Ladax işğal olundu. Hərbi yürüş zamanı Səid xan dağ xəstəliyi ilə xəstələndi və 1533-cü ilin iyul ayında geri dönərkən yolda öldü. I Əbdürrəşid xanın dövrü Sultan Səid xanın yerinə duqlat ailəsinin üzvlərindən birinin edamı ilə hökmranlığına başlayan I Əbdürrəşid xan (1533-1559) gətirildi.Grousset, pp. 499–500 Xan duqlat nəsili ilə qarşıdurmaya girdi və onların liderlərindən biri Seyid Məhəmməd mirzənin təqibinə başladı. Əbdürrəşid xan da Qərbi Moğolustanda hakimiyyət uğrunda qırğızlar və qazaxlara qarşı mübarizə aparırdı. Lakin Qərbi Moğolustan monqollar Tarım hövzəsində sıxışdırılıb çıxarıldıqdan sonra birdəfəlik itirildi. Atasının ölümündən sonra taxta çıxan Əbdürrəşid xan xanlığın xarici siyasət istiqamətini qəfildən dəyişdirdi. O, özbək və qazaxlarla ənənəvi müttəfiqlikdən imtina etdi və uzun müddət düşmənçilik etdikləri Mavəraünnəhr şeybaniləri ilə ittifaqa girdi. 1537-ci ildə müttəfiq qoşunlar Keles çayın yaxınlığındakı Çağat bölgəsində qazaxlar üzərində böyük bir qələbə qazandılar. Nəticədə Əbdürrəşid xanın hakimiyyəti Orta Moğolustana yayıldı. Təxminən 1553-cü ildə böyük oğlu Əbdül-Lətif sultanı qazax və qırğızların basqınlarının qarşısını almaq üçün Mərkəzi Moğolistana (mərkəzi Aksu) hakim təyin etdi. Onlara qarşı mübarizədə Abd əl-Latif-sultan təqribən 1555/6-ci illərdə 29 yaşında öldürüldü. Buna cavab olaraq Əbdürəşid xan İssık-Kul gölünün yaxınlığında qazaxlara sarsıdıcı məğlubiyyətə uğratdı. Lakin nəticədə o, İli bölgəsinin qırğızlar və qazaxlar tərəfindən ələ keçirilməsinin qarşısını ala bilmədi.
Əbdül-Kərim xanın dövrü Əbdürrəşid xandan sonra hakimiyyətə gələn Əbdül-Kərim xan 1559-cu ildə paytaxtı Yarkəndə köçürdü. Əbdül-Kərim xanın hakimiyyəti dövrü əsasən qırğız tayfalarını Orta Mogolustan ərazisində sıxışdırıb saxlamaq məqsədilə olan müharibələrlə yadda qaldı. Əbdül-Kərim xanın hərbi uğurlarına baxmayaraq, onun hökmranlığının sonuna qədər qırğızlar artıq şimal Tyan-Şanda möhkəm şəkildə qərarlaşmış və Çalışdan Çu-Talas çayaralığına qədər ərazidə məskunlaşmışdılar. Xanlığın özündə, Əbdül-Kərim xanın hakimiyyətinin sonlarına doğru, xanın ölkədən qovduğu İşan Məhəmməd-İshak Vəlinin (1599-cu ildə vəfat edib) rəhbərlik etdiyi qaradağ xocaları tərəfindən separatçı meyllər gücləndi.
XVI əsrin 70-ci illərində Mənsur Xan sülaləsinin devrilməsindən sonra Moğolustanın qalıqları Məmləkət-i Moğoliyəyə daxil edildi. Gələcəkdə bu torpaqlarda (Turfan, Kumul, Calış) dəfələrlə Moğol sultanlarının rəhbərlik etdiyi müstəqil dövlətlər qurulurdu. Xanlığın genişlənməsi Əbdül-Kərim xanın yerinə 1591-ci ildə I Abdulla xanın rəhbərliyi altında Buxara xanlığının hücumunu dəf edən qardaşı Məhəmməd xan keçdi. 1594-cü ilin yayında Şeybanilər gözlənilmədən müttəfiqlik münasibətlərini kəsdilər və Əbdül-Kərim xanın oğlu Şahheydər Məhəmməd sultanın hüquqlarını qorumaq bəhanəsi ilə III Məhəmməd xan dövlətini işğal etdilər. Lakin nəzərəçarpacaq dərəcədə uğur qazana bilməyən özbəklər, çoxlu qənimət və məhbusları ələ keçirərək geri döndülər. Məhəmməd xan 1610-cu ildə öldü, yerinə 1618-ci ildə öldürülən Şücaəddin Əhməd xan keçdi. Əbdül-Lətif (Apak) xan isə onun yerinə xan oldu. Əbdül-Latif xandan sonra hakimiyyət 1630-cu ildə qardaşı oğlu Sultan Əhməd xana (Fulat xan) miras qaldı. Fulat xan 1636-cı ildə Abdulla tərəfindən devrildi. Abdulla sarayın vəziyyətini sabitləşdirdi və bir neçə yaşlı saray əyanını Hindistana sürgün etdi. O, Xotan və Aksu bölgələrində оyratların basqınlarını dəf etdi və 1655-ci ildə Sin sülaləsi ilə vassal əlaqələrinə girdi. Həmçinin Buxara və Böyük Moğol İmperiyası ilə də dostluq əlaqələri quruldu. 1640-1641-ci illərdə Abdulla xan Bədəxşanı və Baloru fəth etdi.
Xocalar XVI əsrin sonlarından başlayaraq, Yarkənd xanlığı Xocaların təsiri altına düşməyə başladı. Xocalar müsəlman idilər və nəsil şəcərələrinin Məhəmməd peyğəmbərdən və ya ilk dörd ərəb xəlifədən gəldiyini iddia edirdilər. XVI əsrin əvvəllərində Sultan Səidin hakimiyyəti dövründə Xocalar artıq sarayda və xan üzərində güclü təsirə malik idilər. 1533-cü ildə Məhdumi Əzəm adlı xüsusilə nüfuzlu bir Xoca Qaşqara gəldi, burada yerləşdi. Onun burada iki oğlu da dünyaya gəldi. Bu iki oğul bir-birlərindən nifrət edir və qarşılıqlı nifrətlərini övladlarına ötürmüşdülər. Bu iki xətt xanlığın iki hissəyə bölünərək əhəmiyyətli bir hissəsinə hakim olmağa başladı: Qaşqardakı "Ağ Tağlıq" (Ağ Dağ) və Yarkənddəki "Qara Tağlıq" (Qar Dağı). Xanlığın süqutu Oyratlarla müharibə Abdulla xanın hakimiyyət illəri müharibə nəticəsində dağıdılmış şəhərləri bərpa etməsi ilə əlamətdar oldu. O, bir çox mədrəsələr və digər obyektlər tikdirdi, iqtisadiyyatı yaxşılaşdırdı və ölkənin hərbi gücünü gücləndirdi. Abdulla xan otuz il hökmdar taxtında oturdu. Bununla belə, 50-ci illərdə kalmıklar ölkəyə soxulmağa başladı. Hərbi cəhətdən daha güclü olan kalmıklar Səidiyyə dövlətinin bir çox torpaqlarını ələ keçirdilər. O dövrdə qurulan Cungar xanlığı Şərqi Türkistan və Orta Asiyada yaşayan xalqları təhdid etməyə başladı. Cunqar xanlığı yarandığı gündən başlayaraq, Yarkənd və Qazax xanlıqlarına qarşı hərbi yürüşlər təşkil edirdi.
Moğolustan hökmdarı Abdulla xan, XVII əsrin ortalarında Sümər, Seren və Konjin noyonların rəhbərlik etdiyi oyratların basqınlarının qarşısını müvəffəqiyyətlə alırdı. Eyni zamanda Moğolustanda Abdulla xan və qardaşları İbrahim sultan, İsmayıl sultan və Həsən bəy arasında taxt uğrunda güclü mübarizə gedirdi. Nəticədə qardaşlar qaçaraq oyrat noyonu Elden-taijinin yanında sığınacaq tapdılar. Onlar Elden-taiji ilə hərbi ittifaqa girərək birlikdə Abdulla xana qarşı çıxdılar. Buqaç aşırımında, bir tərəfdən Abdulla xanın qoşunları ilə digər tərəfdən Seren və Elden-taijinin rəhbərlik etdiyi, Abdulla xanın qardaşlarının dəstələri tərəfindən dəstəklənən оyratlar arasında döyüş baş verdi. Abdulla xan bu döyüşdə məğlub oldu.
1664-cü ildə Abdulla xan və Senge-taijinin rəhbərlik etdiyi beş minlik oyrat dəstəsi arasında başqa bir böyük döyüş baş verdi. Bu döyüşdən əvvəl Abdulla xan oğlu, 1665-ci ildə qaçaraq oyratlara sığınan Qaşqar valisi Yulbars ilə mübahisə etdi. Bundan sonra Yulbars qardaşı Nurəddinin idarə etdiyi Qaşqara dəfələrlə basqın etdi. 1667-ci ildə Nurəddinin vəfatından sonra Abdulla xan, qırğız qoşunlarının köməyi ilə oyrat torpaqlarına bir neçə dəfə uğursuz yürüşlərə çıxdı. Eyni zamanda Moğolustanda taxt uğrunda yeni mübarizə başladı. Bu müddətdə Abdulla xan taxtdan salındı və 1668-ci ildə Hindistana qaçaraq Böyük Moğol padşahı Övrəngzibin himayəsi altına sığınacaq tapdı.
Atasının yerinə taxta oturan Yulbars xanın hakimiyyəti dövrü qarışıqlıq və xaosla müşayiət olunur. Xanlıq viran qalır. Hər yerdə ona qarşı yönəlmiş kütləvi çıxışlar baş qaldırır və iki il sonra o, öldürülür. Hakimiyyətə gələn Abdulla xanın kiçik qardaşı İsmayıl xan ölkədə nizam-intizamın bərpası üçün çox səy göstərirdi, lakin xocaların pozucu fəaliyyəti onun bütün səylərini boşa çıxardı. Şeyx Məhdumi Əzəmin (1401-1542) davamçıları, özlərini "ağ dağlar" və "qara dağlar" adlandıran iki barışmaz dini qrup arasında amansız mübarizə başladı. Bu işdə xüsusi canfəşanlıq göstərən Xoca Hidayatulla 1676-cı ildə İsmayıl xanı taxtdan devirməyi və onu əsir götürməyi bacardı.. Appak Lhasaya qaçaraq, V Dalay Lamadan Qaşqar üzərində yenidən hakimiyyəti ələ almasına kömək etməsini istədi. V Dalay Lama, Cunqar hökmdarı Qaldandan Appakı Qaşqar xanı olaraq hakimiyyətə bərpa etməsini xahiş etdi.. Appak Xoca, cunqarlar 1678-1680-ci illərdə Tarım hövzəsini fəth edəndə Qaldanla əməkdaşlıq etmişdi. Qaldan xan Appakı formal hökmdar kimi taxta oturtmuşdu.. Dalay Lama Qaldanın Tarim və Turfan vadisini fəth etməsinə xeyir-dua verdi.. Dalay Lama Qaldan tərəfindən müsəlmanlardan alınan döyüş qənimətlərini qəbul etdi. Onun bu hərəkəti müsəlmanlar tərəfindən “kafirlik” adlandırıldı."
İşğal edilməsi Bu dövrdə baş verən hadisələrlə bağlı fərqli baxışlar var. Məsələn, tarixçi İbrahim Niyazın yazdığına görə, İsmayıl xan Xoca Hidayətullanın qovulmasında israr etməyə başladıqda, ikincisi Cungar xanı Qaldana kömək üçün müraciət etdi və onun ordusuna arxalanaraq Yarkənd xanlığını işğal edərək xanı əsir aldı.. Digər bir tarixçi, uyğur xalqının XX əsrin əvvəllərində milli azadlıq mübarizəsinin fəal iştirakçılarından olan Məhəmməd Əmin Buğra isə Yarkənd xanlığının süqutundan sonra Hidayətullanın hakimiyyətinin uzun sürmədiyini bildirir. 250px|thumb|right|Turfandan (Moğolustan) Pekinə gələn nümayəndələr, 1656-cı il. Üç-dörd aydan az müddət sonra xan sülaləsinin üzvlərindən olan Məhəmməd Əmin xan böyük qüvvələr toplayaraq Xoca Hidayətullanı taxtdan devirdi. Xoca Hidayətulla əsir aldığı İsmayıl xan və ailəsi ilə birlikdə İli bölgəsinə getdi və oyrat xanı Qaldandan sığınacaq və Məhəmməd Əmin xana qarşı mübarizədə kömək istədi. Qaldan ona kalmıkların fəxri adını - "Abak" ləqəbini verdi. 1679-cu ildə isə 60.000 qoşunla Yarkənd xanlığını işğal etdi. 1680-ci ildə qara-qırğızlar ölkəni işğal edərək Yarkəndi ələ keçirdilər. Yarkənd əhalisi kömək üçün Qaldana müraciət etdi. Qaldan böyük bir ordu ilə Qaşqar və Yarkəndə gələrək əhalinin öz hökmdarlarını seçməsinə imkan verdi.Valikhanov, Ch. Ch. — The Russians in Central Asia, p.169 Növbəti il Qaldan Turfan və Kumulu işğal etdi.Baabar, Christopher Kaplonski, D. Suhjargalmaa — Twentieth century Mongolia, p.80