Sofu Əli Paşa və ya Xədim Əli Paşa (ö. sentyabr 1560) — Sultan Süleyman Qanuni səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.Giancarlo Casale (26 January 2010). The Ottoman Age of Exploration . Oxford University Press. p. 110
Həyatı left|thumb|Sofu Əli Paşa məscidi, Sarayevo Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Saray xədimlərindən olub, təlim-tərbiyəsi və xidmət müddətini tamamlamasının ardından Rumeli bəylərbəyinin kəndxudası olaraq saraydan ayrıldı. Ardından 1537-ci ildə Diyarbəkir bəylərbəyi oldu və 1540-cı ildə vəzifədən alındı. 1552-ci ildə Bosniya, 1559-cu ilin aprelində isə Misir bəylərbəyi təyin edildi. Ancaq çox keçmədən 1560-cı ilin sentyabrında burada vəfat etdi. Bosniyadakı vəzifə illərində Sarayevoda öz adına inşa etdirdiyi məscid hələ də qalmaqdadır.
Mənbə
Sicill-i Osmani I, səh. 301
İstinadlar
Kateqoriya:Misir bəylərbəyləri Kateqoriya:Osmanlı paşaları