Cavid Yaşar oğlu Fərəcov (1989; Qızılavar, Masallı rayonu, Azərbaycan SSR) — Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru.

Həyatı Cavid Fərəcov 1989-cu ildə Masallı rayonunun Qızılavar kəndində anadan olub.

Hərbi xidməti Cavid Fərəcov 2008-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrinin sıralarında xidmət edir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru olan Cavid Fərəcov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan, Cəbrayıl və Füzuli istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələrinin, canlı qüvvələrinin məhv edilməsində fərqlənib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Təltifləri 50px — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı 50px (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı 50px (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı 50px (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı 50px (09.12.2020) — "Qarabağ" ordeni 50px (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı 50px (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı 50px (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı 50px (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (20.06.2022) — "İgidliyə görə" medalı

İstinadlar

Kateqoriya:Masallı rayonunda doğulanlar