Cüzeppe Meattsahttp://www.futbolmedia.az/news.php?id=24240 (, ) — İtaliyalı keçmiş futbolçu, ikiqat dünya çempionu.
Daha çox "İnter" klubundakı çıxışları ilə tanınır. "İnter"in heyətində İtaliya A Seriyasında 365 oyunda 243 qol vurub.
İtaliya millisində 33 qol vurub və Luici Rivadan sonra İtaliya millisinin ikinci ən yaxşı bombardiridir.
Milan şəhərində San Siro kimi tanınan stadion Cüzeppe Meattsanın adını daşıyır.
Bioqrafiya Cüzeppe Milanın məşhur Porta Romana məhəlləsindəki Via San Luicidə, Annibale Meattsa və Ersiliya Borcinin ailəsində anadan olub. Atası Birinci Dünya Müharibəsindən qayıtdıqdan qısa müddət sonra, müharibədə aldığı yaralardan ölür. Peşəkar futbolçu olana qədər Meattsa bir çörək sexində işləyib.
Karyerası 14 yaşında Cüzeppe "Maestri Kampionezli" adlı bir kluba qatılır. Orada demək olar ki, bütün mövqelərdə oynayır (qapıçı istisna olmaqla).
1924-cü ildə azarkeşi olduğu "Milan" klubuna keçmək istəyir. Ancaq "Milan" onun tez tez cəzalanmasına görə transfer etmir. Belə olanda Meattsa "İnter"ə keçir. Bu klubun gənclər komandasında oynayaraq ardıcıl iki dəfə — 25/26 və 26/27 mövsümlərində — regional çempionatın qalibi olur.
"İnter"in əsas heyətində 1927-ci ildə debüt edir və 1940-cı ilə qədər burada oynayır. "İnter" ilə 3 dəfə "Skudetto" qazanır. "İnter"in forması ilə ümumilikdə 408 oyunda meydanda olub 208 qol vurur.
1940-cı ildə "Milan"a keçir. "Milan" ilə 42 oyunda meydanda olaraq 11 dəfə fərqlənir.
Daha sonra hər birində bir mövsüm olmaqla "Yuventus", "Vareze" və "Atalanta" klublarında oynayır. 1946-cı ildə isə "İnter"ə dönərək karyerasını burda bitirir. A seriyasında son matçını 1947-ci ilin iyununda "Bolonya" klubu ilə qarşılaşmada ilə oynayır.
Milli komanda 9 fevral 1930-cu ildə Romada İsveçrə ilə matçda İtaliya yığmasında debüt edir.
1934 Dünya Kubokundan sonra 23 yaşlı Meattsa İtaliyanın ən populyar futbolçusu olur. Bunun nəticəsində mal və xidmətlərin reklamı üçün futbol ulduzlarından istifadə ənənəsi onunla başlayır. Meattsa ətriyyat məhsullarının reklamını edir..
1937-ci ildə milli komandada ilk dəfə kapitan sarğısını taxır.
20 iyul 1939-cu ildə Helsinkidə Finlandiya Milli komandasına qarşı oyunda İtaliya Millisində son oyununu keçirir.
Oyun Stili Meazza, o dövrlər üçün reaktiv bir sürət olan sürətli futbolçu sayılırdı. O 12 saniyədə 100 metr məsafəni futbol butsı ilə qaçırdı.
Bundan əlavə, topla necə davranacağını hamıdan yaxşı bilirdi. Zərif bədən quruluşu ilə qeyri-adi dərəcədə yüngül ayaqlı, asanlıqla havaya qalxır və heç kimin təkrarlaya bilməyəcəyi fəndlər edirdi.
Futbolçunun ləqəbi "Balilla" idi.
Karyera statistikası
Klub MövsumKlubÇempionatKubokAvrokubokDigərCəmiOyunQolOyunQolOyunQolOyunQolOyunQol1927–28İnter3312 - - - - - -33121928–292933 - - - - - -29331929–303331 - - - - - -33311930–313424 - - - -6740311931–322821 - - - - - -28211932–333220 - - - - - -32201933–343221 - - - -6538261934–353019 - - - -2332221935–36292521 - -2233281936–37261143 - -61036241937–38262048 - - - -30281938–3916460 - -422661939–40 - - - - - -10101940–41Milan14610 - - - -1561941–4223342 - - - -2751942–43Yuventus2710 - - - - - -27101944Vareze207 - - - - - -2071945–46Atalanta142 - - - - - -1421946–47İnter172 - - - - - -172İnter ilə ümumi3652431612--2729408284Bütov karyerası4632712114--2729511314
Uğurları A Seriyası çempionu: 1929/1930, 1937/1938, 1939/1940 İtaliya Kubokunun qalibi 1939
İtaliya Millisi
Dünya çempionu: 1934, 1938
Fərdi
A Seriyasının bombardiri: 1929/1930–31 qol 1935/1936–25 qol, 1937/1938–20 qol
Bütün Zamanların Ən Yaxşı İtaliyalı Futbolçusu (1983-cü ildə olan səsverməyə görə) İtalyan elit "Club 300" üzvü (2-ci yer, 338 qol)
İstinadlar
Xarici keçidlər Meazza İtalyan Pele Giuseppe Meazza, stadion adamı
Kateqoriya:Milan monumental qəbiristanlığında dəfn olunanlar Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Atalanta FK futbolçuları Kateqoriya:Vareze FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:1934 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1938 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:İtaliya A Seriyası məşqçiləri Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:Beşiktaş PFK məşqçiləri Kateqoriya:Atalanta FK məşqçiləri Kateqoriya:İnter Milan FK məşqçiləri Kateqoriya:İtaliya milli futbol komandası məşqçiləri Kateqoriya:İtaliya şəxsləri