Bonni Rayt (ing. Bonnie Francesca Wright; ) — İngilis aktrisa və rejissor. Daha çox Harri Potter film seriyasındakı Cinni Uizli rolu ilə tanınır.

Həyatı İlk İllər Bonni Rayt Gary və Şeila Tig Rayt uşağı olaraq 17 fevral 1991-ci ildə London şəhərində doğulmuşdur. Levis adında qardaşı var. Orta təhsili üçün Prior Ueston İbtidai məktəbində və daha sonra Londonda Kral Alfred Məktəbində oxudu. Setdə olarkən Bonni bir müəllimin köməyi ilə dərslərini davam etdirdi. Film sahəsindəki böyümənin film biliklərinə və maraqlarına kömək etdiyini söylədi. 2009-cu ildə Harri Potter və Ölüm Hədiyyələrinin çəkilişləri zamanı London İncəsənət Universitetinin London Əlaqə Kollecində oxumağa başladı. 2012-ci ildə Rayt rejissorluq sənətində bakalavr dərəcəsi ilə universiteti bitirdi.

Karyera Harri Potter 1999-cu ildə İngiltərə-də müəllif Coan Roulinq-in ən çox satılan romanının film uyğunlaşması olan Harri Potter filmləri üçün İngiltərədə seçmələr keçirilirdi. Bonninin böyük qardaşı seriyadakı ilk iki kitabı oxudu və onu Cinni Uizliyə bənzətdiyini bildirdi. Bonni məktəb oyunlarından başqa heç bir peşəkar təcrübəyə sahib deyildi və anasından seçmə olub-olmadığını soruşdu. Şəkilləri filmin aktyor rejissorlarına göndərildikdən qısa müddət sonra valideynlərinə rolu aldığını dedi.

Bonni Harri Potter və Fəlsəfə daşında Uizli ailəsi ilə birlikdə Ronla vidalaşmaq üçün 9¾ platformasında idi. Kiçik bir rolu var idi, ancaq sonrakı filmdə Cinni obrazı ön planda idi. Harri Potter və Sirlər Otağında Voldemort ilə qarşılaşdı və son anda Harri Potter tərəfindən ölümdən qurtuldu. Daha sonra yenidən Harri Potter və Azkaban məhbusu və Harri Potter və Alov Qədəhi və digər 5-ci, 6-cı və 7-ci kitablarda Uizli ailəsinin yeganə qızı kimi roluna davam etdi.

Filmoqrafiya + Film İl Film Rol 2001 Harri Potter və Fəlsəfə Daşı Cinni Uizli 2002 Stranded Gənc Sarah Robinson 2002 Harri Potter və Sirlər otağı Cinni Uizli 2004 Harri Potter və Azkaban Məhbusu Cinni Uizli 2004 Agatha Christie: Şəkillərdəki bir həyatGənc Aqata Kristi 2005 Harri Potter və Alov Qədəhi Cinni Uizli 2007Harri Potter və Simurq Ordeni Cinni Uizli 2007 The Replacements Vanessa (səs) 2009 Harri Potter və Yarımqan Prins Cinni Uizli 2010Harri Potter və Ölüm Hədiyyələri I Hissə Cinni Uizli 2010Harry Potter and the Forbidden Journey Cinni Uizli (səsləndirmə) 2011 Harry Potter və Ölüm Hədiyyələri II Hissə Cinni Uizli 2012 Geography of the Hapless Heart Mia 2012 The Philosophers Georgina 2013 Before I Sleep Phoebe 2013 The Sea Rose 2013 In Want of a Wife Lydia

+ Video oyunu İl Video oyunu Rol 2007 Harri Potter və Yarımqan Prins Cinni Uizli 2009 Harry Potter və Yarımqan Prins Cinni Uizli + Rejissor İl Film Rol 2012 Separate We Come, Separate We Go Rejissor

+ Senarist İl Film Rol 2012 Separate We Come, Separate We Go Senarist

İstinadlar

Kateqoriya:Britaniya rejissorları Kateqoriya:XXI əsr İngiltərə aktrisaları Kateqoriya:Birləşmiş Krallıq modelləri Kateqoriya:Böyük Britaniya kinoprodüserləri Kateqoriya:Uşaq aktyorlar