Regional Rouminq Müqaviləsi, formal olaraq "Qərbi Balkan bölgəsinin ümumi mobil rabitə şəbəkələrində rouminq xidmətlərinin qiymətinin endirilməsinə dair müqavilə" () ― Qərbi Balkan ölkələrində rouminq ödənişlərinin tətbiqini tənzimləyən hüquqi vasitə. Ölkələrin siyahısında Albaniya, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya, Monteneqro və Serbiya yer alırlar. Razılaşma mobil əlaqə şəbəkəsi operatorlarının şəbəkə üzvü olan ölkənin xaricində telefon və məlumat göndərmə xidmətlərindən istifadə etdikləri üçün abunəçilərindən ala biləcəkləri həm rüsumu əhatə etməyə, həm də topdansatış tariflər şəbəkələrinə abunəçilərin onlara məxsus şəbəkələrə girmələri üçün bir-birlərindən ödəniş tələb etmələrinə şərait yaradır.
Müqavilə endirilmiş tariflərlə 1 iyul 2019-cu il tarixindən etibarən qüvvəyə mindi. 1 iyul 2021-ci ildən etibarən bütün tariflər ləğv olunmalıdır. Ötürülən zənglər orta hesabla 65%? məlumat ötürmə qiymətləri isə 78% düşdü.
Tarixi Qərbi Balkandan olan iqtisadiyyat nümayəndələri, Regional Əməkdaşlıq Şurası () tərəfindən təşkil edilən Qərbi Balkan Rouminq Siyasəti iclasında yeni Regional Rouminq Sazişini (RRA) müzakirə etmək üçün 14 dekabr 2018-ci il tarixində Brüssel şəhərində toplandılar.
4 aprel 2019-cu il tarixində Belqradda keçirilən 2-ci Qərbi Balkan Rəqəmsal Sammitində Qərbi Balkan Telekomunikasiya Nazirləri bölgədəki bütün rouminq xərclərinin tədricən aradan qaldırmağa yönələn müqavilə imzaladılar. Müqavilə endirilmiş tariflərlə 1 iyul 2019-cu ildən qüvvəyə mindi və 1 iyul 2021-ci ildən etibarən “Evsayağı rouminq” () konsepsiyası altında bütün tariflər aradan qaldırılmalıdır.
Ərazi əhatəliyi genişliyi thumb|Qərbi Balkan ölkələrinə – Albaniya, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya, Monteneqro və Serbiya daxildir. Qismən tanınan Kosovo öz sərhədlərində göstərilmişdir. Xorvatiya AB-yə 2013-cü ildə daxil olmuşdur. Qərbi Balkan bölgəsinin ümumi mobil rabitə şəbəkələrində rouminq xidmətlərinin qiymətinin endirilməsinə dair müqavilə Qərbi Balkan ölkələrində tətbiq olunur:
Regional Əməkdaşlıq Şurasının Baş katibi Maylinda Brequ və Rəqəmsal İqtisadiyyat və Cəmiyyət üzrə Avropa Komissarı Mariya Qabriel 18 fevral 2019-cu il tarixində Skopyed şəhərində Qərbi Balkan üçün yeni Regional Rouminq Sazişini (RRA2) müzakirə etdilər. Komissar Qabriel təsdiqlədi ki, Qərbi Balkan dövlətləri arasında rouminq qiymətləri ilə bağlı yeni bir razılığa gəldikdə, AB tarifləri 2019-cu ilin iyul ayından etibarən endirməyə hazırdır.
Qiymətlər +Rouminq limitlər (bütün qiymətlər avro məzənnəsində göstərilib)1 iyul 20191 iyul 2021Yönlənən zənglər0.19ev şəbəkəsinin yerli tarifiYönlənən mətn mesajları0.06ev şəbəkəsinin yerli tarifiMəlumat ötürülməsi0.025ev şəbəkəsinin yerli tarifi
Həmçinin bax
Rouminq ATSİ
İstinadlar
Kateqoriya:Albaniyada telekommunikasiya Kateqoriya:Bosniya və Herseqovinada telekommunikasiya Kateqoriya:Kosovoda telekommunikasiya Kateqoriya:Şimali Makedoniyada telekommunikasiya Kateqoriya:Monteneqroda telekommunikasiya Kateqoriya:Serbiyada telekommunikasiya Kateqoriya:Mərkəzi Avropa hökumətlərarası təşkilatları Kateqoriya:Albaniya–Serbiya münasibətləri Kateqoriya:Albaniya–Monteneqro münasibətləri Kateqoriya:Bosniya və Herseqovina–Şimali Makedoniya münasibətləri Kateqoriya:Albaniya–Kosovo münasibətləri Kateqoriya:Bosniya və Herseqovina–Kosovo münasibətləri