Sergey Sergeyoviç Kravçenko (ukr. Сергій Сергійович Кравченко , ) — Ukraynalı keçmiş peşəkar futbolçu, mövqeyi yarımüdafiəçi olub.

Karyerası

İlk İllər Sergey futbola Donetskin "Olimpik-UOR" uşaq futbol məktəbində başlayıb. Daha sonra Donetskin "Donbas" klubunda futbol ilə məşğul olub. 2002-ci ilsə "Şaxtyor Donetsk" klubuna dəvət olunur. Ancaq bu klubun əsas heyətində forma geyinmir və 3 il klubun ikinci və üçuncu komandalarında çıxış edir.

Qarabağ Ağdam 2005-ci ildə "Qarabağ" klubuna dəvət olunur.https://www.webcitation.org/6CchAo1IO?url=http://www.qarabagh.com/1987/shownews.php?news_id=4118 Qarabağda aylıq 600 dollar maaş ilə 6 aylıq müqavilə imzalayır. Qarabağda meydanda olduğu 12 oyunda 3 qol vurur. Qarabağda keçirdiyi 6 aylıq dövr əzrində özunu yaxşı tərəfdən göstərən futbolçu "Xəzər Lənkəran" və "Bakı" klublarından dəvət alır. Ancaq bu təklifləri rədd edən futbolçu Ukraynanın "Vorskla" klubuna keçir.

Vorskla 2006-cı ildə "Vorskla"nın oyuçusu olan futbolçu burada 2009-cu ilə kimi çıxış edir. "Vorskla"da 80 oyunda iştirak edərək 14 qol vurur.

Dinamo Kiyev 2009-cu ildə "Dinamo Kiyev" klubuna keçir və burada 12 oyunda 2 qol vurur.

Dnepr 2010-cu ildə 700 min avroya "Dnepr" klubuna transfer olunur. Burada 7 il oynayır və meydanda olduğu 117 oyunda 7 qol vurur. "Dnepr" ilə UEFA Avro Liqasının finalına qədər yüksəlir.https://ru.uefa.com/uefaeuropaleague/news/025a-0ea78b5a6d2f-99a310b96751-1000--%D0%B2%D1%80%D0%B5%D0%BC%D1%8F-%D0%BF%D0%B5%D1%80%D0%B5%D0%BC%D0%B5%D0%BD-%D0%B2-%D0%BB%D0%B8%D0%B3%D0%B5-%D0%B5%D0%B2%D1%80%D0%BE%D0%BF%D1%8B/?referrer=%2Fuefaeuropaleague%2Fnews%2Fnewsid%3D2137617

2017-cı ildə maliyyə problemlərinə görə "Dnepr"in dağılmasından sonra, "Dnepr"in əsasında yaradılmış "Dnepr-1" klubuna qoşulur və burada 74 oyuna 10 qol vurur.

Çernomorets 2021-ci ildən Odessanı təmsil edən "Çernomorets" klubunun oyunçusudur.https://www.goal.az/transfers/news/79313

Maraqlı Faktlar Qarabağda oynayarkən Azərbaycan yığmasında oynamaq təklifi alır. Ancaq Ukrayna millisində oynayacağını deyərək bu təklifdən imtina edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ukraynalı futbolçular Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Şaxtyor Donetsk FK futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Vorskla Poltava FK futbolçuları Kateqoriya:Ukrayna milli futbol komandasının oyunçuları Kateqoriya:Dinamo Kiyev FK oyunçuları Kateqoriya:Dnepr FK futbolçuları Kateqoriya:Volın Lutsk FK futbolçuları Kateqoriya:Çernomorets Odessa FK futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Ukrayna Birinci Liqasının futbolçuları Kateqoriya:Ukrayna İkinci Liqasının futbolçuları Kateqoriya:Ukraynalı futbol məşqçiləri Kateqoriya:Legioner Ukrayna futbolçuları Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Azərbaycanda legioner Ukrayna idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri