Müqəddəs Vəftizçi Yuhənna kilsəsi () — Şuşada yerləşən və el arasında daha çox Yaşıl kilsə ( — Kanaç jam) kimi tanınan, hazırda fəaliyyət göstərməyən kilsə.
Kilsə 1818-ci ildə,Şahen Mkrtçyan, Dağlıq Qarabağın tarixi-memarlıq abidələri, İrəvan, "Hayastan", 1988–360 səh. digər mənbələrə görə 1847-ci ildəAlbert Voskanyan. Şuşanın Yaşıl kilsəsi inşa edilmişdir. Əvvəlki günbəzi yaşıl rəngdə olduğuna görə qeyri-rəsmi olaraq Yaşıl kilsə kimi tanınmışdır. Yarımdairəvi günbəz sonradan itiuclu günbəz ilə əvəz edilmişdir. Azərbaycanda kilsənin əvvəllər rus pravoslav kilsəsi olduğu haqda fikirlər irəli sürünmüşdür.
2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Erməni Həvari kilsəsinin tabeliyində olan Yaşıl kilsə fəaliyyətini dayandırmışdır. İlk dəfə həmin vaxt erməni mənbələri kilsənin zəng qülləsinin və gümbəzinin Azərbaycan Ordusu tərəfindən dağıdıldığını iddia edib.
2021-ci ildə erməni mənbələri yaydığı peyk şəkilləri əsasında kilsənin azərbaycanlılar tərəfindən məhv edildiyini iddia etmişdir. Azərbaycan mənbələri bunun həqiqət olmadığını və müharibə zamanı zərər görmüş kilsə binasında hazırda təmir işlərinin aparıldığını və günbəzin bərpa edildiyini bəyan etmişdir.
Həmçinin ermənilər Şuşanın azad edilməsindən sonra Azərbaycanın kilsəni sökərək, təmir adı ilə ruslaşdırdığını, Azərbaycan isə əksinə kilsənin əslində rus-provaslav kilsəsi olduğunu, Şuşanın işğalından sonra ermənilərin bu kilsəni erməniləşdirdiyini, dairəvi günbəzini ləğv edərək qriqoryan kilsəsinə çevirdiyini, indi isə Azərbaycanın kilsəni təmir edərək ilkin vəziyyətinə qaytarmaqda olduğunu açıqlayıb.
Perdyu və Kornell universitetlərindən olan tədqiqatçılardan ibarət erməni müşahidə qrupu olan Qafqaz İrsi Müşahidəsi (Caucasus Heritage Watch) 2021-də regiondakı memarlıq abidələrinin vəziyyətini sənədləşdirən reyestr saytında kilsənin statusunu "zədələnmiş" kimi qeyd etmişdi. CHW 2023-cü ilin dekabrından 2024-cü ilin aprelinə qədər olan müddət ərzində Azərbaycanın kilsəni tamamilə sökdüyünü iddia edib və bununla bağlı peyk şəkilləri yayımlayıb.
Şəkillər
Həmçinin bax Qazançı kilsəsi
İstinadlar
Xarici keçidlər Şuşadakı kilsə kimə məxsusdur?
Kateqoriya:Şuşa kilsələri Kateqoriya:Azərbaycandakı erməni kilsələri