Hüseynov İsmayıl Məşədi Bəşir oğlu (İsmayıl Eloğlu) (1912—1957) — müğənni.

Həyatı İsmayıl Eloğlu 27 sentyabr 1912-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Birinci dərəcəli Şuşa məktəbini bitirmişdi. Bülbül onun səsini dinləyib Bakıya aparmışdı. Orda Eloğlu ləqəbini qəbul edib oxumağa başlamışdı. Bir çox ölkələrə qastrol səfərlərinə çıxmışdı.

O, 21 iyul 1957-ci ildə vəfat edib.

Fəaliyyəti 1926-cı ildən AOBT-nda müxtəlif rollar oynamışdır. "Leyli və Məcnun"da Nofəl, "Əsli və Kərəm"də Keşiş və Paşa, "Koroğlu"da Alı kişinin yaddaqalan obrazlarını yaratmışdır.

Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər