Təhməz Nəsib oğlu Quliyev () — Azərbaycan alimi, kimya elmləri doktoru, Professor.
Həyatı Təhməz Nəsib oğlu Quliyev 1954-cü ildə orta məktəbi bitirərək Bakıya, ali təhsil dalınca yollanır. Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olur. 1959-cu ildə universiteti bitirir və Akademik Yusif Məmmədəliyevin təşəbbüsü ilə Moskvaya Aspiranturaya göndərilir. Orada imtahan verib SSRİ Elmlər Akademiyasının "Ümumi və Qeyri Üzvi kimya" fakültəsinə qəbul olunur. 1966-cı idə namizədlik dissertasiyasını uğurla müdafiə edrək kimya elmləri namizədi alimlik dərəcəsini alır.
Təhməz Quliyev uzun illər ərzində apardığı elmi işlərin yekunlaşdıraraq 1999-cu ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir, kimya elmləri doktoru elmi dərəcəsinə layiq görülür. 2005-ci ildə isə professor elmi adını alır.
Əmək fəaliyyəti 1965-ci ildə BDU-da assistent, baş müəllim; 1970-ci ildən 2002-ci ilə kimi dosent vəzifəsində işləmişdir. 1968–1975-ci illərdə kimya fakültəsində dekan müavini, kafedra müdiri əvəzi, həmkarlar təşkilatının sədri kimi ictimai işlərdə çalışmışdır. 2001-ci ildən ömrünün sonuna kimi BDU-nun Ümumi və qeyri-üzvi kimya kafedrasında professor vəzifəsində çalışmışdır.
Elmi tədqiqatları Təhməz Quliyev 20-dən çox beynəlxalq və yerli elmi konfranslarda, elmi seminarlarda çıxış etmişdir. 60-dan çox elmi əsərin, iki dərsliyin müəllifidir. İki aspirantın elmi rəhbəri olmuşdur.
Ölümü Təhməz Nəsib oğlu Quliyev 10 aprel 2007-ci ildə Bakı şəhərində vəfat etmışdir.
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Zəngəzurda doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları