Pana Film — Raci Şaşmaz tərəfindən qurulmuş və hazırda Necati Şaşmazın rəhbərlik etdiyi serial və film istehsalı şirkətidir.

Pana Film Qurdlar Vadisi teleserialı da daxil olmaqla "Ekmek Teknesi" və "Halil İbrahim Sofrası" kimi serialların da istehsalçısıdır.

Təsis olunması Qurtlar Vadisi və Ekmek Teknesi layihələrində Osman Sınav ilə birlikdə işləyən Raci Şaşmaz, Osman Sınavın bu layihələri təhvil verib bir müddətlik sektordan uzaqlaşmaq istəyinə yönəlik Pana Filmin əsasın qoydu və bu layihələri Osman Sınavın istehsal şirkəti Sinegrafdan təhvil aldı. Beləliklə Pana Film qurulmuş oldu.

İnkişafı Pana Film Qurtlar Vadisi qədər qısa müddətdə sürətlə tanındı. Beləliklə Pana Film də Qurtlar Vadisi serialından əlavə başqa serialların da hazırlanmasına nail olur. Ancaq bu serialların çoxu uzun ömürlü olmadı. Böyük bir qismi 10-cu bölümə belə çatmadan final qərarı aldı.ATV'DE SEZONUN İDDİALI DİZİSİ FESUPANALLAH YAYINDAN KALKTI!.. MEDİA RADAR. 1 noyabr 2007.

2014-cü ildə şirkətin sahibləri Şaşmaz qardaşları arasında baş verən davadan sonra serialın prodüser və ssenaristi Raci Şaşmaz, ssenaristlər Bahadır Özdener və Cüneyt Aysan şirkətdən ayrıldı. Raci Şaşmaz şirkətdəki bütün haqlarını böyük qardaşı Nəcatiyə ötürdü.

Prodüser və ssenaristlərin ayrılmasından sonra sürətlə geri düşən Qurtlar Vadisi Pusu iki sezondan sonra yayımdan qaldırıldı. Qardaşı ilə yollarını ayırdıqlarını açıqlamasına baxmayaraq Pana Film, Raci Şaşmazın borclarından dolayı müsadirə edilməli oldu. Daha sonra Raci Şaşmaz 314.500 ₺ ödəniş edərək müsadirə olunan malları geri aldı.‘Kurtlar Vadisi’ Fikirtepe: Raci Şaşmaz’ın borcundan dolayı Pana Film’e haciz Tikan — Yaramazlara bir az batar!. 21 dekabr 2019.

Raci Şaşmaz "Kelebek" qəzetinə verdiyi açıqlamada 7 ildir qardaşını görmədiyini dedi və aldadıldığını iddia etdi. 100 milyon ₺ itirdiyini və 200 milyon ₺ borclandığını açıqladı.Necati Şaşmazla illərdir küsülü olan qardaşı bütün faktları açıqladı: "Onları bağışlamayacam" — VİDEO Publika — Fasiləsiz xəbər. 2 avqust 2020.

Pana Sinema Akademiyası Aktyor yetişdirmək üçün 2011-ci ildə qurulmuşdur.Pana Akademi mezun veriyor Sabah. 23 mart 2011. Daha sonra fəaliyyətini dayandırdı.

Pana Qələm Qrupu Qurtlar Vadisi Pusqu seriyasının ssenaristləri Raci Şaşmaz, Bahadır Özdenər və Cüneyt Aysanın serialdan ayrılması nəticəsində ssenarist qrupunda baş verən boşluq Pana Qələm Qrupu ilə dolduruldu.

Pana Paylama Beynəlxalq adı ilə "Pana Distribution", Pana Film layihələrinin ölkələrə marketinqi, bir çox ölkədə yayım hüquqlarının satışı və tədbirlərdə təmsil olunması ilə məşğul olan bölmədir.

Pana Post Pana Film layihələrinin post-istehsalından məsul olan bölmədir.

Layihələr

Seriyallar Çörək qayığı (2004–2005 / Show TV) Qurdlar Vadisi (2004–2005 / Show TV və Kanal D) Qurdlar Vadisi: Terror (2007 / Show TV) Qurdlar Vadisi: Pusqu (2007–2016 / Show TV, Star TV, Atv, TNT və Kanal D) Ayrılıq (2007 / Show TV) Nazlı Yarım (2007 / Show TV) Həyat davam (2007 / Show TV) Mükəmməl bir an (2007–2008 / Show TV) Fesupanallah (2007 / atv) Makber (2009–2010 / Star TV) Xəlil İbrahim Süfrəsi (2010–2011 / TRT 1) Bir qadın tanıdım (2011–2012 / TNT) Qurd Qanunu (2012 / TRT 1) Kavşak (2012–2013 / TRT 1) Mən onu çox sevdim (2013–2014 / atv) Qara qutu (2015 / Kanal D) Keşik (2019 / Show TV)

Filmlər Qurdlar Vadisi İraq (2006) Muro: Lənət olsun içimdəki insan sevgisinə (2008) Qurdlar Vadisi Qladio (2009) Qurdlar Vadisi Fələstin (2011) Qurdlar Vadisi Vətən (2016)

Xarici keçidlər

İstinadlar

Kateqoriya:2004-cü ildə yarananlar Kateqoriya:Türkiyə film şirkətləri Kateqoriya:Türkiyə şirkətləri