Minarə məscidi () — Qacarlar dönəmində Urmiyada Hacı Əliyarxan sifarişi ilə tikilmiş tarixi məscid.

Haqqında Minarə məscidi Qacarlar dönəmində və 19-cu əsrin sonlarında tikilib. Minarə məscidində 1908-ci ildə quruculuq işləri aparılaraq, restavrasiya edilmişdir. Bu məscid Urmunun başqa məscidləri ilə fərqli olaraq, bir uca minarəyə malik olmasına görə belə adlandırılmışdır. İndilikdə məscid Urmunun mərkəzi hissəsi olan İmam xiyabanında yerləşir.

Memarlıq xüsusiyyətləri Minarə məscidi kiçik bir məscid olaraq, həyət, eyvan və hovuzu yoxdur. Bu məscid bir uca minarəsi olmaqla, günbəzsizdir. Amma damının qabarıq olmasına görə ilk baxanda günbəzli bir məscidə bənzəyir. Məscidin tikintisində işlədilən əsas materiallar kərpic, daş və ağacdır. Məscid minarəsinin hündürlüyü 22,5 metr olmaqla eni aşağıdan yuxarıya azalır. Minarənin yuxarı hissəsi kaşı ilə bəzədilmişdir. Məscidin tikintisində işlədilən kərpiclər dördbucaq şəkillidir.

Görüntülər

Xarici keçidlər

Kateqoriya:Urmiyanın görməli yerləri Kateqoriya:İran məscidləri Kateqoriya:Azərbaycan məscidləri Kateqoriya:Qacarlar dövründə tikilən abidələr Kateqoriya:Urmiya məscidləri Kateqoriya:Urmiyadakı binalar və tikililər Kateqoriya:İslam