Menyu — ictimai iaşə zallarının işlədiyi bütün vaxt ərzində müəssisədə (restoran, kafe, bar və s.) olan qəlyanaltıların, yeməklərin və içkilərin müəyyən ardıcıllıqla düzülmüş siyahısıdır.

Menyunun növləri Menyunun aşağıdakı növləri vardır:

Menyu a lya kard (a la carte) — hər biri üçün ayrıca qiymətlərlə porsiya yeməklərini göstərir; Menyu tabl d'ot (table d'hote) — hər bir yeməyin sabit qiymətlərlə bir və ya bir neçə seçimini təklif edir. Onun üstünlüyü qənaətli və sabit qiymətli olmasıdır; Menyu dü cur (du jour) — həmin gün hazır olan yeməklərin siyahısını sadalayır və göstərir; Turist menyusu — bu menyular elə tərtib olunurlar ki, ucuzluq və qidaların keyfiyyəti ilə turistləri cəlb edə bilsin; Kaliforniya menyusu — Kaliforniyanın bəzi restoranlarında istənilən yeməyi günün hər hansı vaxtında sifariş etmək mümkün olduğundan belə adlandırılmışdır; Dövri menyu — müəyyən dövrdən sonra təkrarlanan menyu.

Kateqoriya:Restoranlar Kateqoriya:Qidalar Kateqoriya:Çin ixtiraları