Aslan və Günəş (həmçinin Şir və Günəş, Şiri-Xurşid; , Şir-o xorşid, ) — qədim Şərq simvollarından biri. Əsasən İranın gerblərindən biri kimi tanınır. Bu, 1979-cu il İran inqilabına qədər İranın milli bayrağının elementi olmuş, hələ də İran İslam Respublikası hökumətinə müxalif qruplar tərəfindən istifadə olunur. Qədim və müasir İran adət-ənənələrini əks etdirən motiv XII əsrdə İranda məşhur simvola çevrilmişdir. "Aslan və Günəş" simvolu əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanır. Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir, mənşəyi Babil astrologiyasına və Yaxın Şərq ənənələrinə gedib çıxır.
Motivin bir çox tarixi mənası var. Bu, ilk növbədə, elmi və sekulyar bir motiv olaraq, yalnız astroloji və zodiakal simvol idi. "Aslan və Günəş" Səfəvilər və erkən Qacar padşahlarının hakimiyyətləri dövründə daha çox şiə islam ilə əlaqələndirilmişdir. Səfəvilər dövründə "Aslan və Günəş" cəmiyyətin iki sütununu, dövləti və islam dinini təmsil edirdi. Qacarlar dövründə milli gerb halına gəlmişdir. XIX əsrdə Qacar sarayına gələn avropalılar "Aslan və Günəş"i uzaq antik dövrə aid edirdilər. Odur ki, simvol o vaxtdan bəri milliyətçi bir şərh qazanmışdır. Fətəli şah Qacarın və onun xələflərinin dövründə motivin forması əsaslı şəkildə dəyişdirilmişdir. Simvolun yuxarı hissəsində monarxiyanı təmsil edən tac da qoyulmuşdu. Fətəli şahın hakimiyyəti dövründən başlayaraq monarxiyanın islami tərəfi vurğulanmağa başlanmışdır. Bu dəyişiklik gerbin simvolizminə təsir etmişdir.
Simvolun mənası Qacar dövründən 1979-cu il inqilabına qədər bir neçə dəfə dəyişmişdir. Aslanın İran mifologiyasındakı əfsanəvi qəhrəman olan Rüstəmi təmsil edən simvol olması ehtimalı irəli sürülmüşdü, Günəş isə "vətən simvolu" və ya mifik İran şahı Cəmşid kimi şərh edilmişdir. Gerbin bir çox tarixi mənaları İran kimliyinin bir-birləri ilə rəqabət aparan simvolları üçün zəngin zəmin yaratmışdır. XX əsrdə bəzi siyasətçilər və alimlər emblemin "Derəfş Kavyani" kimi digər simvollarla dəyişdirilməsini təklif etmişdilər. Bununla belə, emblem 1979-cu il inqilabına qədər İranın rəsmi simvolu olaraq qalmışdır. İnqilabdan sonra "Aslan və Günəş" rəmzi ictimai yerlərdə və dövlət təşkilatlarından çıxarılaraq, İranın indiki gerbi ilə əvəzlənmişdir. thumb|Persepolisdə aşkar edilən, Əhəməni dövrünə aid relyefdə aslan simvolu
Mənşəyi "Aslan və Günəş" motivi əsasən astronomik və astroloji konfiqurasiyalara, qədim zodiakal işarə olan şir bürcündə Günəşə əsaslanır. "Qədim İran, ərəb, türk və monqol adət-ənənələrini" birləşdirən bu simvol ilk dəfə XII əsrdə məşhur simvola çevrilmidir. Əfsanə Necməbadiyə görə, "Aslan və Günəş" motivi müasir İran kimliyini ifadə etmək üçün ikonalar arasında "unudulmaz uğura" malikdir. Odur ki, simvol İranın bütün mühüm tarixi mədəniyyətlərindən təsirlənmiş, zərdüşti, şiə, yəhudi, türk və İran simvolizmini birləşdirir.
Zodiakal və sami elementlər 200px|thumb|Assuriya dövrünə aid relyefdə təsvir olunan Mesopotamiya günəş tanrısı Şamaşın təsviri. Şimal-Qərb Nimrud sarayı. E.ə. 865–860-cı illər. Aleksandr Krappenin sözlərinə görə, günəşin aslanın üzərində astroloji olaraq birləşməsi İranın gerbinə çevrilmişdir. İslam astrologiyasında şir bürcü günəşin "ev"i idi. Bu anlayış qədim Mesopotamiya mənşəlidir. Bürc anlayışında qədim dövrlərdən bəri günəş tanrıları ilə aslan arasında sıx əlaqə var. Odur ki, günəş iyulun 20-dən avqustun 20-dək olan dövrdə maksimum gücə malikdir, buna görə də günəş şir bürcünün "evi" adlanır. Krappe qədim Yaxın Şərq ənənəsinə, günəş ilahlarının və tanrılarının bir-biri ilə necə sıx bağlı olduğuna nəzər salır. O, belə nəticəyə gəlir ki, "bu günə qədər İranın gerbi olan İran günəş aslanı, açıq-aydın eyni qədim Yaxın Şərq günəş tanrısının nəslindəndir". Krappe nümunə olaraq qeyd etmişdir ki, Suriyada şir günəşin simvolu olmuşdur. Kənanda şir öldürən qəhrəman samilərin böyük günəş tanrısı Baal Şamaşın oğlu idi. Bu şir qatili əslində aslan kimi təsvir edilmişdi. Başqa bir nümunə kimi, şir olaraq təsvir edilən böyük sami günəş tanrısı Şamaşdır. Eyni simvolizm Qədim Misirdə də müşahidə olunur. Burada, Dəndərə məbədində Böyük Ahi "Günəşin aslanı və şimal səmasında yüksələn aslan, günəşi daşıyan parlayan tanrı" adlanır.
200px|thumb|Herald divarındakı ortostat relyefdə aslan üzərində dayanan günəş və ay tanrısı təsviri. Karkemiş. E.ə. 950–850-ci illər. Anadolu Sivilizasiyaları Muzeyi, Ankara, Türkiyə. Harald Kindermanna görə, İran imperiya gerbinin mənşəyi numizmatika üzərində dayanırdı. Bunun özü əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanırdı. Şir bürcündə 27 ulduz və 8 formasız ulduz var. Kindermann şir bürcünün "səmadan xəbərsiz qrammatiklərin uydurması" adlandırmış, "varlığını köhnə ulduz adlarının saxta şərhlərinə və özbaşına dəyişmələrinə borclu" olduğunu bildirmişdir. Ulduzların bu cür şərh edilməsinin nədən qaynaqlandığını dəqiq müəyyən etmək mümkün deyil. Babillilər şir bürcündə padşahların səmavi iyerarxiyasını müşahidə edirdilər. Onlar heyvanlar aləminin padşahı hesab etdikləri aslanı yay gündönümünün baş verdiyi yerə qoymuşdular. O, Babil astrologiyasında günəşin qələbəsinin simvoluna çevrilmişdir. Kindermann əlavə etmişdir ki, İsanın "Yəhuda aslanı" adlandırıldığı kimi, islam rəvayətlərində də Əli ibn Əbu Talib şiə müsəlmanlar tərəfindən "Allahın aslanı" (Əsədullah) adlandırılır. İslam peyğəmbəri Məhəmmədin əmisi Həmzə də "Allahın aslanı" adlanırdı.
Qədim İran elementləri Erkək günəş tarixən İran səltənəti ilə əlaqələndirilmişdir. İran ənənəsi qızıl günəşin Kəyanilər sülaləsinin gerbi olduğunu xatırladır. Klassik antik yunan tarixçilərinin yazdıqlarından məlumdur ki, büllur günəş təsviri III Daranın kral çadırını bəzəyirdi, Arşakilərin bayrağı günəş ilə bəzədilmişdi, Sasani ştandartlarında isə günəşi simvolizə edən qırmızı top var idi. Bizans salnaməçisi Malalas qeyd etmişdir ki, "İran padşahı, Şərqin günəşi"nin salam məktubu "Qərbin ayı, Roma Sezarına" ünvanlanmışdır. Turan padşahı Əfrasiyab demişdir: "Müdriklərdən eşitmişəm ki, Turanın ayı çıxanda iranlıların günəşindən ona ziyan dəyəcək". Günəş həmişə kişi ilə təmsil olunmuş və bəzi pankartlarda günəş simvolunu kişi fiquru əvəz etmişdir. Digərlərində günəşi kişi fiquru müşayiət etmişdir.
200px|thumb|Əbu Məşər Bəlxinin astrologiyaya dair əlyazması nümunəsi. Təqribən 1300-cü il. Eynilə, aslan tarixən İran səltənəti ilə sıx bağlı olmuşdur. Əhəməni padşahlarının geyimləri və taxt bəzəkləri aslan motivləri ilə işlənmişdir. Anası fars olan Selevki padşahı I Antioxun tacı aslan fiquru ilə bəzədilmişdi. Nəqşi-Rüstəmdə I Ərdəşirin investitur kitabəsində şahın sinə zirehi aslan fiqurları ilə bəzədilmişdi. Bundan əlavə, bəzi İran dialektlərində "şah" sözü "aslan" sözü ilə omonim olaraq "şer" kimi tələffüz olunur. İslam, türk və monqol təsirləri də aslan ilə padşah ailəsi arasındakı simvolik əlaqəni vurğulayırdı. Bayraq üzərində aslanın istifadə edilməsinə dair ilkin dəlillər "Şahnamə"dən gəlir; burada Parfiya və ya Sasanilər dövründə yaşamış Qodarz feodal sülaləsinin öz alətləri üçün qızıl şirdən istifadə etməsi qeyd olunmuşdur.
İslam, türk, monqol kökləri İslam, türk və monqol adət-ənənələri "Aslan və Günəş" motivində aslan ilə səltənətin simvolik birləşməsini vurğulayırdı. Bu mədəniyyətlər günəşin xarizmatik gücünü bir daha təsdiqləmiş, monqollar günəşə, xüsusən də günəşin doğuşuna ehtiramını yenidən təqdim etmişdilər. Aslan digər heyvanlardan daha tez-tez və müxtəlif şəkildə təmsil olunurdu. Əksər formalarda aslanın apotropeik mənası yoxdur və sadəcə dekorativ xüsusiyyət daşıyırdı. Buna baxmayaraq, bəzi hallarda astroloji və ya simvolik məna daşıyırdı. Aslanın məşhur formalarından biri açıq şəkildə heraldik formadı. Bu, İran gerbində. Məmlük Baybarsın, Rum sultanlığının gerbindəki Kilidi Arslan adlı heyvan və numizmatik təsvirlərdə müşahidə olunurdu.
Aslan Ərəbistan yarımadasında yaşayan ərəblər arasında heyvanların sultanı və səltənətin gücünün simvolu olan mifik bir heyvan hesab olunurdu. Kindermanna görə, bu heyvan ərəb mədəniyyətində cəsarət, şücaət və cəngavərlik əlaməti idi. İslam dövrünə incəsənətdə aslanın rolu digər heyvanlardan daha qabarıq müşahidə olunurdu. Bu, "Aslan və Günəş" simvolunda mövcud olan astroloji mənadan başqa, digər tətbiqlərdə heç bir xüsusi əhəmiyyəti və mənası olmayan, yalnız dekorativ məqsəd daşayan atribut idi. Aslan fiqurları Əlhambra sarayının fəvvarələrində və XII–XIV əsrlərə aid İran keramikasında təsvir edilmişdir. Aslan fiquru Misir Məmlüklərinin və ya Anadolu səlcuqları tərəfindən dövləti tərənnüm edən rəmz kimi istifadə edilmişdir.
Tarixi
Türk sülalələri 150px|thumb|"Aslan və Günəş" motivi olan bayraqların ilk nümunələrindən biri. 1423-cü il.
Əhməd Kəsrəvi, Müctəba Minovi və Səid Nəfisinin çoxlu sayda ədəbi və arxeoloji sübutları göstərir ki, Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir və XII əsrdə məşhur simvola çevrilmişdir. Fuad Köprülü bu dövrün türk-monqol bayraqları və sikkələrindəki "Aslan və Günəş"in sadəcə olaraq astroloji işarələr olduğunu, səltənəti təmsil etmədiyini irəli sürmüşdür.
"Aslan və Günəş" simvolu ilk dəfə XII əsrdə, xüsusilə də 1237–1246-cı illərdə Anadolu Səlcuqlu dövlətinin sultanı olmuş II Keyxosrovun sikkələrində görünür. Bunlar "ehtimal ki, hökmdarın gücünü nümayiş etdirmək üçün" istifadə olunurdu. Tarixçilərə görə, "günəşin padşahın gürcü arvadını simvolizə etməsi anlayışı mifdir, çünki buraxılışların birində günəş quyruqları bir-birinə dolanmış iki aslanın kürəyində dayanır […] və bəzi məsələlərdə günəş kişi büstü kimi müşahidə olunur". XII–XIV əsrlərdə istifadə edilən digər əsas nümunələrə indi Luvrda saxlanılan, XIII əsrin əvvəllərinə aid parıltılı kirəmit, Suriya və ya Misirdən gələn, təxminən 1330-cu ilə aid Məmlük polad güzgüsü, Bağdad yaxınlığındakı XII–XIV əsrlərdə tikilmiş, Arxunilər dövrünə aid xaraba körpü üzərində, Hülakü dövrünə aid bəzi sikkələr və indi Gülüstan saray muzeyində saxlanılan, XII–XIII əsrlərə aid tuncdan hazırlanmış bardaq aiddir. Sonuncunun təsvirində quyruğu qanadlı canavara çevrilən aslanın üzərində dayanan üç qadın obrazının üzünü əhatə edən parlaq bir nimb müşahidə olunur.
Bayraqda "Aslan və Günəş" simvolundan ilk dəfə monqol istilasına dair dastan olan Şəmsəddin Kaşaninin "Şahnamə" əsərinin 1423-cü il tarixli nüsxəsini əks etdirən miniatür rəsmdə təsvir edilir. Şəkildə divarlarla əhatə olunmuş Nişapur şəhərinə yaxınlaşan bir neçə monqol atlı təsvir edilir. Atlılardan biri belində doğan günəşin önündə dayanan aslanın təsvir edildiyi bayraq daşıyır. Bayraq dirəyinin ucunda aypara təsvir edilmişdir. Səfəvilər dövründə və sonradan "Aslan və Günəş" mis sikkələrdə, bayraqlarda və sənət əsərlərində görünən tanış işarələrə çevrilmişdi. "Aslan və Günəş" motivi Hindustandakı Moğol imperiyasında, xüsusən də Cahanşahın bayraqlarında da istifadə edilmişdir.
Səfəvilər dövrü Səfəvilər dövründə "Aslan və Günəş" cəmiyyətin iki sütunu – dövlətin və dinin rəmzi idi. Odur ki, Səfəvilər dövlətində, xüsusən də erkən Səfəvi şahlarının hakimiyyətləri dövründə müxtəlif ələm və bayraqlardan istifadə edilirdi, lakin artıq Şah Abbasın hakimiyyəti dövründə "Aslan və Günəş" simvolu İranın ən məşhur gerblərindən birinə çevrilmişdi.
Necməbadinin yazdıqlarına görə, bu simvolun Səfəvilər tərəfindən interpretasiyası "Şahnamə", peyğəmbərlərin əhvalatları və digər islam mənbələri kimi mifik-tarixi narrativlərin və nağılların kombinasiyasına əsaslanırdı. Səfəvilər üçün şahın rolu hökmdarlıq və müqəddəslikdən ibarət idi. Bu ikili məna İran şahlarının şəcərəsi ilə bağlı idi. Bu atalıq şəcərəsində iki kişi əsas rol oynayırdı: Cəmşid (qədim İran padşahlığının mifik banisi) və Əli (şiələrin birinci imamı). Cəmşid günəşə, Əli aslana (Zülfüqar) bağlı idi.