Henretta Mariya (, ; ) — İngiltərə, İrlandiya və Şotlandiya kralı I Karlın xanımı, Fransa kralı IV Henrinin qızı. O həmçinin İngiltərə kralı II Karl və onun xələfi olan II Ceymsin anası idi. Bununla birlikdə ərinin yazdığı fərmanla bütün İngiltərədə Kraliça Mariya olaraq tanınsa da, o bu adı bəyənmədi və öz məktublarında "Henriette R" imzasından istifadə etdi.
Onun Roma-Katolik məzhəbinə bağlılığı İngiltərədə güclənməsinə mane oldu. Məhz bu səbəblə heç vaxt tacqoyma mərasimi keçirilmədi. İngiltərə vətəndaş müharibəsinin alovlandığı 1644-cü ildə ən kiçik qızı və adaşı olan Henrettanın dünyaya gəlişinin ardından Fransaya sığındı. Əri I Karlın məğlub olaraq edam edilməsinin ardından İngiltərədəki bütün nüfuzunu itirdi. Parisdə yaşamağa başlayan Henretta Mariya oğlunun 1665-ci ildə İngiltərədə taxta çıxmasıyla yenidən Londona qayıtdı. Ancaq çox keçmədən 1665-ci ildə yenidən Parisə getdi və 4 il sonra burada vəfat etdi.
Adı Şimali Amerikadakı ilk katolik məskənlərindən olan və sonradan ştat halını alan Merilend əyalətinə verildi.
Mənbə Anselme de Sainte-Marie, Père (1726). Histoire généalogique et chronologique de la maison royale de France Britland, Karen. (2006) Drama at the courts of Queen Henrietta Maria. Cambridge: Cambridge University Press. Bone, Quinton. (1972) Henrietta Maria: Queen of the Cavaliers. Chicago: University of Illinois Press. Croft, Pauline (2003). King James. Basingstoke and New York: Palgrave Macmillan. ISBN 0-333-61395-3. Everett Green, Mary Anne. (1855) Lives of the Princesses of England: From the Norman Conquest. Henry Colburn. V. 6 Fritze, Ronald H. and William B. Robison. (eds) (1996) Historical dictionary of Stuart England, 1603–1689. Westport: Greenwood Press. Griffey, Erin. (2008) "Introduction" in Griffey (ed) 2008. Griffey, Erin. (2008) Henrietta Maria: piety, politics and patronage. Aldershot: Ashgate Publishing. Hamilton, Elizabeth (1976),
İstinadlar
Henrietta Maria Kateqoriya:Fransanın Roma katolikləri Kateqoriya:İngiltərə kralları