İsrail (İsrayıl) Qərib oğlu Bayramov () — Azərbaycan mühəndisi, Xəzər Dəniz Neft Donanmasının rəisi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzər Dəniz Neft Donanması üzrə Texniki direktoru, Azərbaycan Respublikasının əməkdar mühəndisi (2005).

Həyatı İsrayıl Bayramov 3 may 1953-cü ildə Ermənistan SSR Quqark rayonunda anadan olmuşdur. 1971-ci ildə Qazaxın Muğanlı kənd orta məktəbini bitirmişdir. 1971–1973-cü illərdə Ukraynanın Kirovoqrad şəhərində aviasiya hərbi hissəsində hərbi xidmətdə olmuşdur. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində daxil olmuş, 1980-ci ildə buranı İnşaat Mühəndisləri İnstitutunu məzunu olaraq bitirmişdir. 1985–1989-cu illərdə Odessa Dəniz Mühəndisləri İnstitutunda gəmi mexaniki ixtisası üzrə təhsil almışdır.

Əmək fəaliyyəti İsrayıl Bayramov əmək fəaliyyətinə 1974-cü ildə Bakı şəhərində Sov.İKP XXI qurultayı adına gəmi təmiri zavodunda tornaçı şagirdi olaraq başlamışdır. 1976-cı ildə mexanika sexində texnoloq vəzifəsinə keçmiş, 1979-cu ildə tornaçılar sahəsində baş usta işləmişdir.

1990-cı ildə Xəzər Dəniz Neft Donanmasının texniki şöbəsində mühəndis işləməyə başlamışdır. 1995-ci ildən donanmanın texniki istismar xidmətinin rəis müavini olmuş, 1996-cı ildən texniki şöbənin rəisi işləmişdir. 1998-ci ildə ilk dəfə Qazaxıstanda neft çıxarılması üçün süni adanın salınmasında iştirak etmişdir. 1998-ci ilin sonlarında Xəzər Dəniz Neft Donanmasının baş mühəndisi təyin olunmuş, bu vəzifədə 2014-cü ilin fevral ayına qədər bu vəzifədə işləmişdir. 2014-cü ilin fevralından 2017-ci ilin 1 iyun tarixinədək donanmanın rəisi, 1 iyun 2017-ci ildən Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin texniki direktoru işləmişdir. 2020-ci ilin dekabrın 30-da təqaüdə çıxmışdır.

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 19 sentyabr 2005 "Donanmanın fəxri işçisi" fəxri adı — 16 dekabr 2010 3-cü dərəcəli "Əmək" ordeni — 20 oktyabr 2018 "Tərəqqi" medalı — 19 sentyabr 2011 "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı — 14 avqust 2019 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalı — 19 oktyabr 2018

İstinadlar

Kateqoriya:Azərbaycan mühəndisləri