Ruslan Yusif oğlu Əliyev () — Azərbaycan dövlət xadimi, İqtisadiyyat sahəsi üzrə Elmlər doktoru; Azərenerji ASC-də Baş İstehsal Operatorunun direktoru vəzifəsində çalışır.Ruslan Əliyevin yeni vəzifəsi
Həyatı Ruslan Əliyev 1978-ci il sentyabrın 13-də Yevlax rayonunda anadan olub. Evlidir, 3 övladı var.
Təhsili 1995–1999-cu illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik energetikası" (İstilik elektrik stansiyaları) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi bitirib.
1999–2001-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik elektrik stansiyaları" ixtisası üzrə ali peşə istiqaməti üzrə magistr dərəcəsi bitirib.
2004–2007-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında "İstilik energetikası" ixtisası üzrə aspirantura təhsili almışdır.
2011–2014-cü illər — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Menecment" ixtisası üzrə bakalavr dərəcəsi bitirib.
2016–2020-ci illər — Azərbaycan Memarlıq və İnşaat Universitetində Elmlər doktoru proqramı üzrə dissertantura təhsili almışdır.
2021–2022-ci illər — University of Oxford The Oxford Executive Leadership Programme 2021 üzrə sertifikat almışdır.
2022–2022-ci illər — SDA Bocconi Scholl of Management General Management program üzrə online kurs keçmişdir.
Əmək fəaliyyəti 1999–2006-cı illər — Azərenerji Açıq Səhmdar Cəmiyyətinin qazan- turbin sexində maşinist, operator, qaz turbin qurğusunun maşinisti, növbə rəisi vəzifələrində çalışıb
2006–2007-ci illər — Azneft İstehsalat Birliyinin Azneftekologiyaservis İdarəsində energetik vəzifəsində çalışıb.
2007–2009-cu illər — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsində Energetika və Mexanika şöbəsinin rəisi vəzifəsində çalışıb.
2009–2013-cü illər — Azəriqaz İstehsalat Birliyində Energetika və Mexanika şöbəsinin rəisi vəzifəsində çalışıb.
2013–2015-ci illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun əməyin mühafizəsi üzrə müavini vəzifəsində çalışıb.
2015–2019-cu illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun satış və istismar üzrə müavini vəzifəsində çalışıb.
2019–2024-cü illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.
2024–2025-ci illər — AzərEnerji ASC-nin vitse prezidentinin texniki məsələlər üzrə müavini vəzifəsində çalışıb.
2025-ci il dekabr — AzərEnerji ASC-nin Baş İstehsal Operatorunun direktoru vəzifəsində çalışır.
Elmi pedoqoji fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26.12.2025-ci il tarixli qərarı ilə İqtisadiyyat sahəsi üzrə Elmlər doktoru elmi dərəcəsi verilmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Texnika üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olub və 2020-ci ildə təhsilini başa vurmuşdur. 2019-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Biznesin iqtisadiyyatı və menecment" kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. Müxtəlif elmi jurnallarda dərc olunan 40-dan çox elmi məqalələrin müəllifidir.
Elmi məqalələri Azərbaycanda gələcək yaşayış evlərinin inkişafının xarakterik xüsusiyyətləri// Azərbaycan Universiteti, İpək yolu jurnalı. 2016. № 4. Azərbaycanda sosial yönümlü mənzil sferasının inkişafı// AUDİT jurnalı. 2016. № 4 İnkişaf etmiş ölkələrdə mənzil fondunun yenidən qurulması və modernləşdirilməsi// Beynəlxalq Elmi Konfrans. İstilik energetika qurğularının tullantılarından ətraf mühitin mühafizəsinin mühəndis problemləri. Bakı. 2016. (həmmüəllif prof. M. A. Məmmədov) Xidmətlər bazarında mənzil-kommunal müəssisələrinin təşkilati-iqtisadi formalarının təkmilləşdirilməsi// Tikintinin iqtisadiyyatı və menecment jurnalı. 2016. № 2 Azərbaycanda təmir-tikinti şirkətlərinin əmlakının idarə edilməsi səmərəliliyi// Azərbaycan Aqrar Elmi. 2017. № 1 Azərbaycanda mənzil fondunun istismarının idarə edilməsinin səmərəliliyi// AUDİT jurnalı. 2017. № 2 Azərbaycanın mənzil – kommunal təsərrüfatında islahatların aparılması modelləri// Turizm və qonaqpərvərlik tədqiqatları jurnalı. 2017. № 3 Azərbaycanda mənzil – kommunal sferası fəaliyyətinin maliyyələşdirilməsinin əsas istiqamətləri və konsessiya layihəsinin reallaşdırılmasının qiymətləndirilməsinə metodiki yanaşma// AMİU, Tikintinin iqtisadiyyatı və menecment jurnalı. 2017. № 3 Azərbaycanın mənzil sferasında istilik təchizatı sisteminin inkişafının idarə edilməsinin təkmilləşdirilməsi// Kənd təsərrüfatının iqtisadiyyatı elmi-tədqiqat institutunun elmi əsərləri. 2017. № 3 Azərbaycanda mənzil sferasının xarakteristikası və inkişaf tendensiyaları// Müasir dövrün su problemləri mövzusunda Respublika Elmi-Praktik konfransın materialları. 2017. Mənzil sferasının inkişafının elmi əsasları// Azərbaycan Kooperasiya Universiteti, Kooperasiya. 2017. № 2 (45) Mənzil sferasının inkişafının iqtisadi modelləri// Əmək və Sosial Problemlər. 2017. № 1 (19) Mənzil – kommunal təsərrüfatının idarə edilməsi sisteminin təkmilləşdirilməsi// AMEA, İqtisadiyyat İnstiutu, Elmi əsərlər. 2017. № 3 Mənzil – kommunal sferasının inkişafının modelləşdirilməsi// Azərbaycan Aqrar Elmi. 2017. № 2 Mənzil – kommunal təsərrüfatında idarəetmə sisteminin yaradılması mərhələləri// Respublika Elmi-praktik konfransının materialları "Müasir istilik təchizatında proqresiv texnologiyalar". 2017 Mənzil sferasının inkişafının nəzəri əsasları və xarakterik xüsusiyyətləri// Respublika Elmi-praktik konfransının materialları, "Qobustone məsaməli beton bloklarından tikilmiş binalarda tamamlama işlərinin təşkilati-texnoloji problemləri". 2017. О показателях финансового состояния строительной компании в жилищной сфере//"Финансовая Экономика" Научно-Аналитический журнал. Москва. 2017. № 3 Организационно-экономические формы жилищно-коммунальных предприятий на рынке услуг// Экономика и предпринимательство. Москва. 2017. № 9 Социально-экономическая эффективность энергоснабжения в жилищно-коммунальной сфере//Экономика и предпринимательство. Москва. 2018. № 1 Формирование показателей и критериев эффективности топливно-энергетического хозяйства// ХХVII Междунaродная научно-практическая конференция "Актуальные проблемы современной науки". Москва-Астана-Харьков-Вена. 2018. Efficiency assessment of functioning and prognosis of the heat power economy İndices of the big city// IARJSET, Volume 5, Issue 4, International Advanced Research Journal in Science, Engineering and Technology. 2018. № 5 Theoretical and practical aspects of housing sphere// IARJSET, Volume 5, Issue 5, International Advanced Research Journal in Science, Engineering and Technology. 2018. № 5 О реконструкции и модернизации жилищного фонда в Азербайджане// Бюллетень науки и практики, Т 4., Россия, Нижневартовск. 2018. № 11 Эффективное использование земель при застройке городов// European Journal of Economics and Management Sciences. Austria, Vienna. 2018. № 2 Развитие жилищной сферы// European Journal of Economics and Management Sciences. Austria, Vienna. 2018. № 3 Основные направления реформирования жилищно-коммунального хозяйства// European Journal of Economics and Management Sciences. Austria, Vienna. 2018. № 3 Реконструкция жилой застройки крупных городов Азербайджана // Наука и бизнес: пути развития. Москва. 2018. № 6 (84) Azərbaycanın mənzil – kommunal sferasında xidmətlərin göstərilməsi// Tikintinin iqtisadiyyatı və menecment jurnalı. 2018. № 4 Об анализе финансового состояния акционерного общества.// Финансовая Экономика" Научно-Аналитический журнал. Москва. 2018. № 1 Mənzil-kommunal müəssisələrinin təşkilati-iqtisadi formalarının təkmilləşdirilməsi// Azərbaycan Kooperasiya Universiteti, Kooperasiya. 2018. № 2 (49) Прогнозирование развития жилищного хозяйства// Сборник материалов III Международной научно-практической конференции "Перспективные направления развития экономики и управления: Новый взгляд". Новосибирск. 2018. Метод исследования жилищной сферы социально-экономического фонда// III Международная научно-практическая конференция "Евразийская экономическая конференция". Пенза. 2018. Azərbaycanın mənzil-kommunal sferasının xidmətlər bazarının təhlil metodlarının təkmilləşdirilməsi// AMEA, İqtisadiyyat İnstitutu, Elmi əsərlər. Bakı. 2018. № 2 Azərbaycanda mənzil fondunun idarəedilməsi// Respublika Elmi-praktik konfransının materialları, "Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinin aktual problemləri". Bakı. 2018. Use of various methodological approaches in the housing sphere// IARJSET, Vol. 6, İssue 1, International Advanced Research Journal in Science, Engineering and Technology. 2019. № 6 Развитие теплоэнергетического хозяйства крупного города// European Journal of Economics and Management Sciences. Austria, Vienna. 2019. № 2 Теоретические аспекты жилой недвижимости// XX–XXI Международная научно-практическая конференция "Вопросы управления и экономики: современное состояние актуальных проблем". "Интернаука". Москва. 2019. № 2 (19) Development of heat power economy of a big city//IARJSET, Vol. 6, İssue 5, International Advanced Research Journal in Science, Engineering and Technology. 2019. № 6 Факторы формирования эффективной системы управления жилищным строительством// Экономика и предпринимательство. Москва. 2019. № 10 (111) Azərbaycanlı ailələrin mənzillə təminatı problemlərinin həllinin sosial-iqtisadi əhəmiyyəti// AMEA, İqtisadiyyat İnstiutu, Elmi əsərlər. 2019. № 6 Azərbaycanda mənzil bazarında tələb və təklifin ekonometrik tədqiqi// Azərbaycan Universiteti, İpək yolu jurnalı. 2020. № 2 Mənzil sferasının sosial-iqtisadi problemləri və islahatların reallaşdırılmasının elmi əsasları// Elmi konfrans. "Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli". Bakı. 2020
İstinadlar