Hababam sinfi salam (türk. Hababam Sınıfı Merhaba) — 2003-cü il istehsalı Türkiyə komediya filmi.

Mövzusu Hababam sinfinin məzun olmasından illər keçsədə Özəl Çamlıca Liseyində təhsil hələ də davam edir. Məktəbin əvvəlki sahibi Məhərrəm Gür vəfat etdikdən sonra, yerinə oğlu dəli Bədri (Mehmet Əli Ərbil) keçmişdir. Zəmanə Hababamçılar, əvvəlki adətlərini qoruyaraq müəllimlərinə yenə əziyyətlər verirdilər. Dəli Bədri isə onların fəsadlarını bəhanə edərək məktəbi satmaq fikrindədir. Bu vəziyyətdə məktəbin yeni direktoru Fatoş müəllimə (Hülya Koçyiğit), çarəni köhnə Hababamçıdan tapır və güdük Nəcmini (Xalid Ağcatəpə) bələdçi müəllim kimi məktəbə geri gətirir.

Rollarda Mehmet Əli Ərbil — dəli Bədri (Deli Bedri) Hülya Koçyiğit — Fatoş müəllimə (Fatoş Hoca) Xalid Ağcatəpə — Gödək Nəcmi/şotland müəllim (Güdük Necmi/İskoç Hoca) Məmət Əli Alabora — burğu Əmrə (Matkap Emre) Nehir Erdoğan — Arzu/qız İsmayıl (Arzu/Kız İsmail) Şafak Sezer — Ərcümənt (Ercüment) Məlih Əkənər — bəbə Ruhi (Bebe Ruhi) Pəkər Açıqalın — psixo (Psiko) Sümər Tilmaç — sazan Kamil (Sazan Kamil) Tuncay Akça — ayaqsız əmi (Bacaksız Amca) Əhməd Arıman — hayta İsmayıl (Hayta İsmail) Cem Gürdap — tulum Hayri (Tulum Hayri) Çətin Çiftçioğlu — hitit Bəsim (Hitit Besim) Bülənt Kayabaş — şaltər Həşmət (Şalter Haşmet)

İstinadlar

Kateqoriya:2003-cü ilin filmləri Kateqoriya:Türkiyə filmləri