Monqollar — monqol dillərində danışan bütün xalqların tarixi adı.ASE

Subetnik qruplar Monqol dillərində xalxlar, baoanlar, dunsyanlar, tular, daurlar, buryatlar, kalmıklar və bir neçə azsaylı digər xalqlar daxildir.

Monqolustan Respublikasının əsas əhalisi. Həmçinin Çin Xalq Respublikasında (əsasən kompakt şəkildə Daxili Monqolustan Muxtar Rayonunda) yaşayan xalq. Özlərini "Xalx" adlandırırlar. Yaxın etnik qruplarla (monqollar daxil olmaqla 14 etnik qrup) birlikdə dünyada sayları təxminən 11.116 milyon nəfərdir. +Dövlət Muxtar ərazi Daxili Monqolustan (Çin) 25px|frameless Buryatiya (Rusiya) 25px|frameless Kalmıkiya (Rusiya)Xaqanlığa namizəd 25px|frameless Jebtsundamba-xutuxta XYaşadığı ərazilər Çin: Haixi, Henan, Bayinqolin, Bortala, Hoboksar, Fusin, Harqin Zuoyi, Dorbod, Qian Qorlos, Subey, Veyçan Rusiya: Agin-Buryat, Ust-Orda BuryatMonqol dilinin statusu Çin (Rəsmi status)Digər böyük topluluq və ya diaspor ölkələri Cənubi Koreya, ABŞ, Qırğızıstan

Çin Xalq Respublikasında 2000-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Çin dövləti tərəfindən rəsmən tanınan 56 milli azlıqdan biri olan Monqolların sayı 5.823.947 nəfər olmuşdur.

İdarəetmə şəkli və birliklər Çingiz xanın təşkilatlandırdığı monqollarda əhaliyə ivgen, boya obop, ailə və ən kiçik birliklərə isə aymuğ və ya yasun deyilirdi. Ordu da bu üsula görə təşkilatlanmışdı. Ulus adlanan monqol qəbilə birliklərinin hər biri əsgər sayılırdı. Qəbilələr səfərə öz qadınları, çadırları, heyvanları ilə bir ordu kimi hərəkət edərdi. Hər qəbilə özünü idarə edərdi. Sənət bölükləri, idari komanda təşkilatları yox idi. Silahlarını özləri hazırlayardılar. İşğal etdikləri ölkələr bir mərkəzdən idarə olunmayacaq qədər genişləndi. Siyasi və idaretmə baxımından təcrübəsiz olan monqollar buna görə çətin vəziyyətə düşdülər. Dövlətin idarəedici və vergi toplayacaq məmurları yox səviyyəsində idi.

Həmçinin bax Monqol imperiyası

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Monqolustanda yaşayan etnik qruplar Kateqoriya:Çində yaşayan etnik qruplar Kateqoriya:Asiyada yaşayan etnik qruplar Kateqoriya:Avropada yaşayan etnik qruplar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Monqol tayfaları Kateqoriya:Türk xalqları Kateqoriya:Atlı xalqlar