Daykündi vilayəti (, ) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
Vilayətin ərazisi 8.088 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminlərə əsasən əhalisi 417.3 min nəfər, inzibati mərkəzi Xadır şəhəridir.
Vilayət inzibati cəhətdən 9 rayona bölünür: Sangi Təxt, Aştarlay, Mir Amur, Xadır, Nili, Şəhristan, Kiti, Gizab, Qacran.
Vilayətin başçısı Sultan Əli Uruzganidir.
Əhalisinin 86%-i həzaralardan (7 rayonda: Aştarlay, Qacran, Xadır, Kiti, Mir Amur, Nili, Sangi Təxt, Şəhristan rayonlarında əhalinin mütləq əksəriyyəti), 8.5%-i puştunlardan (Gizab rayonunda əhalinin mütləq əksəriyyəti), 3.5%-i bəluclardan və 2%-i səyidilərdən ibarətdir.
Vilayət əhalisinin 91%-i, vilayətdəki kənd əhalisinin 85%-i dəricə danışır. Vilayətdə ikinci ən çox danışılan dil puştu dilidir. Bu dildə vilayətdəki 151 kənddə yaşayan bütün vilayət əhalisinin təxminən 13%-i danışır. Vilayətdə 2 kəndin əhalisi türkməncə danışır. Vilayətdə 1 kəndin əhalisi bəluc dilində danışır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Əfqanıstan vilayətləri Kateqoriya:Daykündi vilayəti