Sələsüz yaşayış yeri — yaşayış yeri Naxçıvan Muxtar Respublikasında, Şahbuz rayonunun eyniadlı kəndindən şimalda, Sələsüz çayının sağ tərəfində yerləşən Eneolit dövrünə aid qədim yaşayış yeridirBaxşəliyev E. Azərbaycan Milli Elmlər Akademiyası Xəbərlər İctimai Elmlər Seriyası № 4, 2017 pp 13–18.Yaşayış yerindən aşkar olunan keramika məmulatı başlıca olaraq iki qrupa ayrılır. Birinci qrup qumqarışıq gildən, ikinci qrup isə saman qarışıq gildən hazırlanmış keramikalardır. Sələsüz yaşayış yerindən həmçinin daş ovuğu qatılmış keramika nümunəsidə aşkarlanmışdır. Araşdırmlara zamanı aşkarlanan saxsı və küpə qalıqları digər Eneolit dövrü abidələrinin tapıntıları ilə bənzərlik təşkil edir. Bu materiallar həmçinin Qarğalartəpəsi və Şomutəpə abidələrindəki keramika nümunələri ilə də bənzərlik təşkil edirBaxşəliyev V. Azərbaycan Arxeologiyası. I cild, 2007 Bakı: Elm, 2007, 238 s..
İstinadlar
Kateqoriya:Şahbuz rayonunun qədim yaşayış yerləri